Ana səhifə Maqazin |
Bir ara kənara çəkilib susqunluq yaratdım və qıraqdan müşahidə edib gördüm ki, bu sahədə vəziyyət çox acınacaqlıdır. Hər yoldan keçən klipmeyker olub.
Bu sözləri tanınmış prodüser-rejissor Zöhrab Ağayev (Zorik) bəzi
həmkarları haqda Axar.az-a danışarkən deyib. O, yeni üzə çıxan
rejissorların çoxunu bəyənmədiyini bildirib:
"Hazırda çəkilən kliplərə nəzər salsaq, mənimlə razılaşarsınız ki, bütün kliplər ya dəniz qırağında, ya da mebel salonlarında çəkilir. Bu isə rejissorlarımızın savadsız olmasından irəli gəlir. Çünki bu sənətin məktəbini mənim kimi, həmkarlarım Kənan M.M, Aqil M.Quliyev kimi mənimsəyənlər çox azdır.
Savadsız rejissorlar elə bilirlər ki, kameranı əlinə götürdün, vəssalam, rejissorsan. Xeyr! Biz illərimizi qurban verib, bu sənəti dərindən öyrənmişik. Ona görə də bu gün seçilirik və bu alaq otları sayılan yeni çıxmış rejissorlardan yerləgöy qədər fərqlənirik. Bu ilkliplərin çoxunu xarici ölkələrdə çəkməyi nəzərdə tutmuşam. Artıq bir neçə təklif var. Yenidən gündəmi ələ almaq qərarındayam".
Tarix
2016.01.22 / 00:53
|
Müəllif
Dilarə Zamanova
|