Yuxarı

Azərbaycanın 5 gözəl dağı - Foto

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngin təbiətə malik Azərbaycan ərazisində 80-ə yaxın dağ var. 4466 m hündürlüyə qədər ucalan Bazardüzü zirvəsi Azərbaycanın ən yüksək nöqtəsidir. Ölkə ərazisinin 60 faizə qədərini isə dağlıq ərazilər tutur.

Sey-yah.com Azərbaycanın ən gözəl 5 dağını təqdim edir:

1. İlandağ

İlandağ Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir və hündürlüyü 2415 metrdir. Vulkan mənşəli dağın yamacları sıldırımlıdır. Qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunub və onu yarıb keçərkən bərk yırğalanıb, bu zaman Nuh peyğəmbər deyib: “İnan, dağdır”. Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər. Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşüb. İlandağa zirvəsinin formasına görə Haçadağ da deyirlər. İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür.

2. Şahdağ

Qusar rayonu ərazisində yerləşən Şahdağ zirvəsinin hündürlüyü 4243 metrdir. Bu dağ adının yaranması haqqında xalq rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini bildirir. Şah, arvadı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur. Lakin qız həmin vilayətdə başqa bir oğlana nişanlı olur. Oğlan belə qərara gəlir ki, qızı həmin vilayətdən qaçırsın. Qızla vilayətdən çıxhaçıxda padşah bundan xəbər tutur və atlılar oğlanla qızın arxasınca düşürlər. Oğlan qızı öz vilayətinə gətirib ata-anasına təhvil verir, özü isə dağın başına çıxıb qoşunun gəlməsini izləyir. Oğlan qoşuna ox atıb onlardan bir neçəsini öldürür. Qızın nişanlısı oğlanı dağın başında görür və ürəyini nişan alır. Ox oğlanın ürəyinə sancılır və ölür. Qızın nişanlısı heç kimin xəbəri olmadan otağa girir, bir ox da qızın ürəyinə sancır. Oğlunun ölümünü şaha xəbər verirlər. Elə həmin vaxtdan da dağın adı “Şah dağı” qalır. Lakin toponimik araşdırmalardan məlum olur ki, dağ adının mənşəyi tamamilə başqa bir faktla əlaqədardır. Tədqiqatçılara görə, bu oronimə yüksək, uca, hündür dağ olmasına görə Şah dağ, yəni “dağların şahı”, “ən yüksəyi” deyilib.

3. Tufandağ

Baş Qafqaz silsiləsində yerləşən dağın hündürlüyü 4205 m-dir. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır.

4. Kəpəz dağı

Kəpəz dağı Kiçik Qafqazda, Göygöl rayonunun ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Hündürlüyü 3066 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olub. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl və Maralgölü əmələ gətirib.

5. Bazardüzü

Bazardüzü zirvəsi Azərbaycanın ən hündür nöqtəsidir və hündürlüyü 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir.

Tarix
2016.11.30 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla