Yuxarı

Arzularınızı reallığa çevirən 29 cazibə qanunu

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cazibə qanunu həyatınızı onun əsasında qura biləcəyiniz çox müdrik qanundur. Odur ki, intuisiya qabiliyyətini inkişaf etdirməyi və arzularınızı özünüzə cəzb etməyi öyrənməlisiniz.

Bəlkə siz dünya səyahətinə çıxmaq istərdiniz? Çoxdandır kitab yazmaq arzusundasınız? Və ya kafe açmağı düşünürsünüz? Hər bir insanın nadir arzuları var, amma yalnız bəziləri onların icrasının mümkün olduğuna inanır. Əgər arzularınızın reallaşmasını istəyirsinizsə, onda ilk növbədə heç kimə heç vaxt imkan verməyin ki, onlar sizə planlarınızın baş tutmayacağını desin. İkincisi isə özünüzə inanın!

Daha sonra qanadlar düzəltmək lazımdır! Bu həyatda öz məqsədlərinizi və yaşama səbəblərinizi müəyyənləşdirin. Ən əsası onları tamamilə real sayın və necə həyata keçməsini müşahidə edin. Sonda isə siz başqalarına göstərə bilərsiniz ki, həyat heç də çoxlarının düşündüyü kimi acımasız deyil.

Axar.az Publika.az-a istinadən arzularınızı həyata keçirməyə kömək edən 30 cazibə qanununu təqdim edir.

1. Həmişə pozitiv olun

Həyata həmişə pozitiv yanaşın. Siz danışanda bunu xoş niyyətlə edin. Nə iş gördüyünüzdən asılı olmayaraq, müsbət düşünün. Sizin fikirlərinizdə nə qədər çox müsbət enerji olarsa, həyatınızda neqativ bir o qədər az olacaq.

2. Minnətdar olun

Bu dünyada minnətdarlıq üçün o qədər səbəb tapmaq olar ki... Ailəniz üçün şükür edin. Dostlarınıza görə minnətdar olun. İsti yuvaya sahib olduğunuz, ac qalmadığınız üçün şükür edin. Macəralara görə minnətdar olun. Unutmayın ki, bu planetdə sizin yerinizdə olmaq istəyən çoxlu sayda qədər insan var.

3. Öz arzularınıza inanın

Arzu və diləklərinizi özünüzə tərəf çəkin. Axı məhz sizin arzularınız həyatınızı sonsuz möcüzəyə çevirməyə qadirdir. Sizin etməli olduğunuz yeganə iş arzularınıza şübhə etmədən inanmaqdır.

4. Öz intuisiyanızı dinləyin

Siz yeganə insansınız ki, ağlınızda dolaşan fikirlərə nəzarət edə bilirsiniz. Əgər hər hansı işi görməzdən əvvəl o sizdə yaxşı təəssürat doğurursa, deməli, bunu mütləq etmək lazımdır. Daxili aləminizin səsi dinləmək vacibdir. Siz bilməli və hazır olmalısınız ki, intuisiyanız sizə kömək edəcək.

5. Cəsarətli olun

Cazibə qanunu ürəyinizə də təsir edəcək. Və əgər ürəyinizin səsi ağrılar gətirirsə, onda müsibəti cəsarətlə qarşılamağı bacarmaq lazımdır. Cəsarət güc verir.

Başqalarına sizi aşağı dartmasına icazə verməyin. Ətrafınıza uğurlarınıza sevinən insanları toplayın və siz də öz növbənizdə onları dəstəkləməyi unutmayın.

6. İnstinktinizi dinləyin

Biz həmişə deyirik ki, intuisiya düzgün məsləhətlər verir. İnstinktlər isə əksinə, bizi zəif edə bilərlər. Bu "zəif bəndə" diqqət yetirin və onun haqqında unutmayın. Təslim olmayın, tonusda qalın!

7. İnsanlara yaxşılıq bəxş edin

Özünüzə necə münasibət tələb edirsinizsə, başqalarına qarşı eyni münasibəti göstərin. Biz hamımız bu kəlamı eşitmişik. Amma onu bilmək kifayət etmir, ona həm də əməl etmək vacibdir. Digər insanlara qarşı xeyirxahlıqla yanaşın. Bu, səxavətli karma ilə dolu dünya yaradır.

8. Səyahət ruhlandırır və sizi yeni səviyyəyə qaldırır

Səyahət həyatımızı dəyişdirən ən güclü aktivatorlardan biridir. Hər dəfə yeni yerləri, yeni insanları görmək yeni perspektivlər hiss etmək deməkdir. Və bütün bunlar bizim həyatımızı dəyişdirən "mexanizm” üçün gözəl "yanacaqdır”.

9. Xoşunuza gələn işləri görmək üçün vaxt tapın

Cazibə qanununa görə, biz nə cəlb ediriksə, onu da istəyirik. Siz daha çox vaxt əldə etmək və sevdiyiniz işlərlə məşğul olmaq istəyirsiniz? Əgər belədirsə, “Mümkün deyil" deməyin, sevdiyiniz məşğuliyyətlərə başlanğıc üçün heç olmasa 10 dəqiqə ayırın. Özunüz buna səy göstərin.

10. Hamı ilə səmimi olun

Özünüz olun. Heç kəs saxta şəxsiyyətləri sevmir. Vicdanlı olun, mehriban olun, səhvləri etiraf etməyi bacarın.

11. Riyakarlıq etməyin

Əgər siz özünüzə tərəf uğur və pozitiv cəlb etmək istəyirsinizsə, onda özünüz də yaxşılıq mənbəyi olmalısınız.

12. Başa düşün ki, təxəyyülünüz çox genişdir

Təsəvvür edin ki, arzularınız gerçəkləşir. Cazibə qanunu sizin həyata keçirmək istədiyiniz arzuları reala çevirir. Əgər siz daim arzularınız haqqında düşünsəniz, bilavasitə onların yerinə yetirilməsinə kömək edəcəksiniz.

13. Maraq dairənizi əhatə edən işlərlə məşğul olun

Maraqlarınızı öyrənmək üçün ruh yüksəkliyi göstərin. Əgər nəyləsə həqiqətən maraqlanırsınızsa, onda siz onun haqqında məlumatlı olmalısınız.

14. Uğursuzluq barədə unudun

Uğursuzluqları düşünmək və orda ilişib qalmaq lazım deyil. Fikrinizi uğur və xoşbəxtlik ətrafında cəmləyin.

15. Başa düşün: Narahatçılıq, stress və qorxu əhəmiyyət daşımır

Qorxuları unudun getsin. Əgər həyəcan, stress və qorxuya qalib bilsək, həyatımız daha rahat və firavan olacaq. Qeyri-müəyyənlik qorxudur, ürəksə həyatımızı macəraların doldurmasını gözləyir.

16. Etiraf edin ki, hər şey müəyyən səbəbdən baş verir

Məğlubiyyətin də öz hədəfləri və motivasiyaedici gücü var. Həyat bizi çox sirli yollarla aparır, amma özünəməxsus və gözəl nəticəyə gətirib çıxarır.

17. Təmiz olun, axı yalan faydasızdır

Əgər həyatınızı düzgün yaşamaq istəyirsinizsə, onda həmişə həqiqəti deyin. Beləliklə də sizə heç nəyi gizlətmək lazım olmayacaq. Hətta utandığınız hadisələri də etiraf edin.

Səhvlərinizə görə heç vaxt heç kimi mühakimə etməyin. Öz incikliyinizə nəzarət edin və səhvlərdən düzgün nəticə çıxarın.

18. Elə yaşayın ki, sanki hər gün möcüzədir

Elə yaşayın ki, sanki arzularınız hər gün gerçəkləşir. Elə yaşayın ki, sanki sabah bir də olmayacaq. Və beləliklə də ətrafınızda möcüzələr baş verəcək.

Albert Eynşteyn deyirdi: "İki üsulla yaşamaq olar. Birincisi, heç bir möcüzə yoxdur, ikincisi isə sanki hər tərəf möcüzədir".

19. Açıq olun

Arzularınızın yerinə yetməsi üçün ilk növbədə iti təfəkkürə malik olmalısınız. İti zəka sizə hadisələrə müxtəlif prizmadan baxmağa kömək edəcək.

20. Məktəbin təhsilinizə mane olmasına imkan verməyin

Bir dəfə bir məşhur professor belə deyib: “Məktəb insanların təhsil aldığı yeganə yer deyil. Siz digər mənbələrdən və şəxsi təcrübədən də çox şey öyrənə bilərsiniz.

21. Hər kəsdən öyrənin

Biz nəinki şəxsi təcrübəmizdən, eləcə də başqalarından çox şey öyrənə bilərik. Hər birimizdə öyrənməli nələrsə var. Bu, sübut edir ki, biz birlikdə daha artığını etməyə qadirik.

22. Yaxşı insanları görməyi bacarın

Əgər biz başqalarında yaxşı nələrsə görürüksə, çox güman ki, onlar bizdə daha çox müsbət cəhətlər görəcək. Bu da cazibə qanunudur. Xırda məsələlərdən başlayın, kiməsə "təqsirsizlik prezumpsiyası" verin. Əgər insan sizi məyus etmirsə, xəyal qırıqlığına uğratmırsa, bu, o deməkdir ki, siz də onun üçün yaxşı insan olmağı bacarmısınız.

23. Bolluq və azadlığa inanın

Bolluq azadlıq ilə yanaşı gəlir. Azad (söhbət puldan getmir) olduqdan sonra siz istədiyiniz hər şeyi edə biləcəksiniz. Özünüzə pulsuz da xoşbəxt olmağa icazə verin və başqalarına yardım edin. Azad həyat bolluq gətirir.

24. Fikrinizi arzularınız üzərində toplayın

Ancaq sizə lazım olanları özünüzə tərəf çəkin və bu zaman fikirləriniz daha məhsuldar olacaq. Ehtiyaclar tədricən və təyin olunmuş vaxtda gəlir.

25. Xoşbəxtliyi pulla almaq barədə düşünməyin

Pula biz yalnlız maddi şeylər alırıq. Amma onlara sevinc və məhəbbəti almaq mümkün deyil. Şöhrəti və uğuru da pulla qazanmaq olmaz. Pulun əvəzində sizə heç kim möcüzəli yuxular vəd etməyəcək və ya həyati məqsədlər satmayacaq. Üstəlik, son pulunuzu kiməsə verməklə onun həyatını tamamilə dəyişdirə bilərsiniz. Sizin həyatınız isə başqa səbəbdən dəyişəcək.

26. Unutmayın ki, inkişaf etmək üçün şans həmişə var

Bu dünyada heç kim kamil deyil. Təəssüf ki, hər kəs sahib olmaq istədiyi istedadla və ya vunderkind kimi doğula bilmir. Əvəzində siz özünüzü inkişaf etdirə bilərsiniz. Niyə də sizi maraqlandıran hər şey barədə məlumatlı olmayasınız.

27. Təslim olmayın

Təslim olmayın! Heç yerdə, heç vaxt və heç bir şəraitdə!

28. Səbirli olun

Səbir əsl dəyərdir. Hamı öz məqsədlərinə çatmaq üçün sürətli tempdə çalışır, amma bütün bunlardan keçmək üçün daha çox səbirli olmaq lazımdır.

29. Digərlərini ruhlandırın!

Ruhlandırmağa çalışın. Ambisiyalarınız və ruh yüksəkliyiniz ətrafdakılar üçün əla motivasiyaedici qüvvə ola bilər. İnsanlara göstərin ki, həyat böyük səyahətdir. Təxəyyülümüz sayəsində arzularımız nəzarət altında qala bilər. Amma xəyal dünyamıza azadlığı da məhz biz verə bilərik, onda onlar icra olunmağa başlayacaq!

Tarix
2016.12.11 / 14:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla