Yuxarı

Onlar dünyanı əbədi qış dövrünə qaytara bilər

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ qədim zamanlardan vulkanların püskürməsi Yer kürəsində bir çox faciələrə, o cümlədən iqlimin kəskin şəkildə dəyişməsinə gətirib çıxarıb. Vaxtaşırı vulkanların püskürməsi şəhər və kəndlərin yer üzündən silinməsinə yol açıb. Bu baxımdan günümüzdə də daha dəhşətli hadisələrə səbəb olacaq və insanları əbədi buzlaqlar dövrünə qaytara biləcək super vulkanların mövcudluğu bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Super vulkanların püskürməsi nəticəsində atmosferin kül qatı ilə örtülməsi isə öz növbəsində Yer kürəsində sonu məlum olmayan iqlim dəyişikliklərinə yol aça bilər. Hazırda Yer kürəsi üçün təhlükə mənbəyi olan onlarla super vulkan mövcuddur. Onlardan bəzilərinə diqqəti cəlb etmək istəyirik.

Yelloustoun vulkanı

Şimali Amerikadakı ən böyük super vulkan Yellouston parkı ərazisində yerləşir. Vulkan 600 min il idi ki, yatmış hesab edilirdi. Ancaq son illərdə alimlər Yelloustoun vulkanının yenidən fəallaşmasını müşahidə etməyə başlayıblar. Ona görə də dərhal bu super vulkanınn aktivləşməsinin səbəblərini öyrənməyə başlayıblar. Məlum olub ki, super vulkanın daxilində tədricən vulkan püskürməsinə yol aça biləcək proseslər başlayıb. Əgər bu proses sürətlənsə və Yellouston vulkanı püskürməyə başlasa, onda bu, digər vulkanların da oyanmasına gətirib çıxaracaq. Nəticədə Yer kürəsini vulkan püskürmələri bürüyəcək. Bu da son nəticədə vulkanların havaya böyük həcmdə kül püskürməsinə səbəb olacaq ki, bu küllər də günəşin qabağını kəsərək, onillər ərzində Günəş şüalarının Yerə çatmasına imkan verməyəcək. Nəticədə Yer kürəsində dəhşətli soyuqlar başlayacaq və baş verən proseslər nəticəsində sağ qalan insanlar yenidən mağara dövrünə qayıtmağa məcbur olacaqlar.

Amerikada digər super vulkan Kaliforniya ştatının Mamont dağları yaxınlığında Lonq-Velli adlı ərazisində yerləşir. Bu super vulkan sonuncu dəfə 760 min il əvvəl püskürüb və nəticədə Yer kürəsində dəhşətli iqlim dəyişikliklərinə səbəb olub. Lonq-Velli super vulkanı ötən əsrin 80-ci illərindən başlayaraq yenidən fəallaşıb. Düzdür, hələlik onun zəif püskürmələri hər hansı fəsadlara yol açmayıb. Lakin alimlər Lonq-Vellinin tam gücü ilə püskürə bilməsindən və bunun böyük faciələrə yol aça biləcəyindən narahatdırlar.

Kampi-Fleqri super vulkanı

Avropada ən dəhşətli super vulkan İtaliynın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqri hesab edilir. Bu, dünyada ən böyük super vulkanlardan biridir. Əgər bu vulkan püskürməyə başlasa, onda 13 kilometr dərinlikdən milyonlarla ton lava Yer üzünə çıxaraq yolu üzərindəki hər şeyi məhv edəcək. Alimlər Kampi-Fleqri vulkanını Vezuvi vulkanından daha dəhşətli hesab edirlər. Bu vulkan püskürəcəyi təqdirdə Avropanın böyük hissəsi məhv olmaq təhlükəsi ilə üzləşəcək. Hazırda bu vulkanda da zəif aktivlik hiss edilir. Bu isə Kampi-Fleqrinin oyanmasına hazırlıq kimi dəyərləndirilir.

Kamçatka super vulkanı

Kamçatka çoxsaylı vulkanları ilə ciddi təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Kamçatkada ən böyük super vulkan onun cənubunda yerləşir. Bu vulkanın sonuncu dəfə 1,5 milyon il əvvəl püskürdüyü və nəticədə böyük fəlakətlərə səbəb olduğu ehtimal edilir. Son illərdə Kamçatka super vulkanında da yenidən oyanma prosesi özünü göstərməkdədir.

Əgər bu vulkan tam gücü ilə püskürməyə başlasa, onda Yaponiya, Çin, Koreya yarımadası, eləcə də Asiyanın bir hissəsinin 30-40 metr qalınlığında kül qatı altında qalacağı güman edilir.

Sakuradzima super vulkanı

Kamçatka super vulkanına yaxın ərazidə, Yaponiyanın Kyusyu adasında, Kaqosima şəhəri ətrafında nisbətən gənc hesab edilən Sakuradzima super vulkanı mövcuddur. Bu vulkan sonuncu dəfə 13 min bundan əvvəl püskürüb və nəticədə adada və Yaponiyanın vulkana yaxın əraziliərində həyat demək olar məhv olub. Ötən əsrin ortalarından başlayaraq Sakuradzima super vulkanı yenidən fəallaşıb.

Yaponiya hökuməti vulkanın var gücü ilə püskirməsindən və bunun fəlakətlərə səbəb ola biləcəyindən ehtiyat edərək təhlükə mənbəyinə yaxın ərazilərdə 1 milyondan yuxarı insanın gizlənə biləcəyi yeraltı sığınacaqlar inşa edib. Ancaq alimlər vulkanın tam gücü ilə püskirəcəyi təqdirdə bu sığınacaqların insanları xilas edə bilməyəcəyini, əksinə orada kül altında qalaraq məhv olacağı təhlükəsinin mövcud olduğunu bəyan edirlər.

Toba super vulkanı

İndoneziyanın Sumatra adasında Yer kürəsinin ən böyük təhlükə mənbələrindən biri hesab edilən Toba super vulkanı yerləşir. Toba super vulkanı sonuncu dəfə 74 min il əvvəl püskürüb və böyük faciələrə səbəb olub. Əgər bu vulkan yenidən püskürməyə başlasa, onda Yer kürəsində kəskin iqlim dəyişikliyinin baş verəcəyi gözlənilir. Toba vulkanı da uzunmüddətli yuxudan sonra yenidən fəallaşmağa başlayıb. Əgər bu oyanma intensivləşsə onda Asiya qitəsi və Avstraliya məhv olacaq.

Taal super vulkanı

Asiya qitəsində digər təhlükə mənbəyi Filippin paytaxtı yaxınlığındakı Taal super vulkanıdır. Sakit okeanın Filippin sahilləri ətrafında dənizin dibində yerləşən və odlı qövsü xatırladan Taal super vulkanı də ciddi təhlükə mənbəyi hesab edilir. Taal super vulkanı da tədricən fəallaşmağa başlayıb. Əgər bu super vulkan da tam gücü ilə püskürməyə başlasa, onda Yer kürəsinin böyük hissəsini qatı kül dumanı bürüyəcək. Bu isə soyuqların baş qaldırmasına və milyonlarla canlının məhv olmasına yol açacaq.

Taupo super vulkanı

Yeni Zelandiyanın şimalındakı adaların ətrafında su altındaTaupo super vulkanı mövcuddur. Taupu super vulkanı sonuncu dəfə 26 min il əvvəl püskürüb və nəticədə böyük faciələrə yol açıb. Taupo super vulkanında da oyanma başlayıb. Əgər Taupo yenidən var gücü ilə püskirməyə başlasa onda alimlərin fikrincə Yer kürəsində qiyamət baş verəcək.

Bir sözlə son illərdə təhlükəli super vulkanların yenidən fəallaşmağa başlaması bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir və bunun nəticələri Yer üzündən həyatın silinməsinə yol aça bilər.

Xatırladaq ki, 2010-cu ildə İslandiyada baş vuran vulkan püskürməsi dünyanın çox hissəsində, o cümlədən Avropada həyatı iflic etmiş, təyyarələr bir müddət hava reyslərini həyata keçirməkdə çətinlik çəkmişdilər.

Tarix
2016.12.11 / 21:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla