Yuxarı

2017 proqnozu: Xoruz bu bürclərin üzünə güləcək

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il Qırmızı Xoruz ili üzərində təhvil olunur. Xoruz - Günəşin rəmzidir, çünki səhər məhz onun "nəğməsi" ilə başlayır. Şərq ölkələrində o, birbaşa günəş istisi ilə bağlıdır: Hindlilər onu günəş enerjisinin təcəssümü sayır, yaponlar xoruzu ilk işıq adlandırırlar. Çinlilər isə Xoruzda 5 yaxşılıq rəmzləri görür: Cəsarət, xeyirxahlıq, sədaqət, ləyaqət və xeyirxahlıq. Bəs bu il bizə nə gətirəcək?

Axar.az publika.az-a istinadən bürclərə görə 2017-ci ilin proqnozunu təqdim edir.

Qoç (21 mart - 19 aprel)

Layiqli istirahət

İki ili "Bütün həyat mübarizədir" devizi altında keçirdikdən sonra nəhayət ki, çətin günlər arxada qalacaq. Bu bürcün nümayəndələri üçün öz gərgin əməyinin bəhrəsini dadmağın zamanı çatıb. Amma demək olmaz ki, bütün nemətlər qoçların ayaqlarının altına düzüləcək. Nə isə əldə etmək üçün bəzi səylər göstərmək və diqqətli olmaq lazım olacaq.

Buğa (20 aprel - 20 may)

Həyatdan zövq almağın zamanı gəlib!

Meymun ili bitmək üzrədir, deməli, bütün uğursuzluq və məğlubiyyətlər, daimi təlaş və gərginlik arxada qalıb. Nəhayət ki, həyatdan zövq almağın, sakitləşməyin vaxtı çatıb. Ulduzlar əlbəttə ki, bütün ili yağ-bal içində keçirəcəyinizə təminat vermir. Amma maddi itkiləri müsbət emosiyalara bağışlamaq olar.

Əkizlər (21 may -20 iyun)

Pozitiv zamanı!

Xoruz ili sizin üçün xoş təəssüratlar və uğurlu işlərlə dolu olacaq. Əkizləri bütün münasibətlərdə pozitiv gözləyir, bir sözlə, onlar hətta havada belə möcüzə qoxusu hiss edəcək.

Xərçəng (21 iyun 22 iyul)

Ağır yüklərə əlvida!

Fortuna sizi çox maraqlı insanlarla görüşdürəcək, hansı ki, onlar ömrünüzün sonuna qədər sadiq dostlarınız olaraq qalacaq və inkişafınıza təsir göstərə biləcəklər. Kimlərsə də illərlə həyatına ağır yük olmuş insanlardan xilas ola biləcək.

Şir (23 iyul - 22 avqust)

Hər şeyi əldə edəcəksiniz!

Mənfəət uğrunda döyüşmək onlara lazım olmayacaq, çünki Şirlər buna qətiyyən hazır deyil. Bu bürcün nümayəndələri hər şeyi özləri əldə etməyə öyrəşib. Ona görə də hadisələrin sizin xeyrinizə olması təbii olaraq Şirləri əvvəlcə bir qədər utandıracaq. Tale isə onlara gözəl şans bəxş edəcək və yalnız əlverişli nəticəsi olan gözlənilməz vəziyyətlərlə üzləşdirəcək.

Qız (23 avqust - 22 sentyabr)

Qətiyyət sınaqlara qalib gələcək!

Gələn ildən möhkəm olmaq vaxtı yetişib. Bu qətiyyət Qız bürcündən olanlara Xoruz ilində bir çox sınaqların öhdəsindən gəlməyə kömək edəcək. Hadisələrin gedişini öz xeyrinizə dəyişmək üçün daha bacarıqlı taktika seçmək və istifadə etmək lazımdır.

Tərəzi (23 sentyabr - 22 oktyabr)

Hər işin öhdəsindən gələcəksiniz!

Tale öz rifahını yaxşılaşdırmaq üçün Tərəzilərə çoxlu şans verəcək, yalnız onları qaçırtmamaq lazımdır. Bir layihədən yapışıb onun həyata keçirilməsi üçün bütün gücünü qoymaq və qətiyyət göstərmək lazımdır.

Əqrəblər (23 oktyabr - 21 noyabr)

Böyük dəyişikliklər astanasında!

Əqrəblər böyük dəyişikliklərdən keçərək həyatını "əvvəl" və "sonra"ya böləcək. Onlar külək sürəti ilə həyatında dəyişikliklər edəcək, köhnə həmkarları, cansıxıcı işi geridə qoyub yeni həyata başlayacaqlar. Dəyişikliklər bu bürcün nümayəndələrinin dünyagörüşünü dəyişəcək.

Oxatan (22 noyabr - 21 dekabr)

Çoxlu perspektivlər

Bu bürcün nümayəndələrinin nikbin təbiəti və güclü energetikası onların qarşısında böyük perspektivlər açacaq. Onlar yaranan problemlərə kənardan izləyici gözü ilə baxa biləcəklər. Bu isə Oxatanlara təslim olmadan istənilən vəziyyətin öhdəsindən gəlməyə, o cümlədən əsəblərini qoruyub saxlamaqla və vaxta qənaət etməklə problemləri asanlıqla həll etməyə kömək edəcək. Bu və ya digər hallarda ulduzlar sizin tərəfinizdədir.

Oğlaq (22 dekabr - 19 yanvar)

Özünlə məşğul ol!

Ulduzlar prioritetləri düzgün hesaba almağı məsləhət görürlər. Odur ki, ilk növbədə özünüzü düşünün və özünüinkişafla məşğul olun. Dünyaya yeni baxış sizi sevindirəcək və ətrafınızda hər şey dəyişməyə başlayacaq. Problemlər gözünüzdə daha qlobal görünməyəcək və Oğlaqlar ən xırda şeylərdən zövq almağı bacaracaqlar.

Dolça\Su tökən (20 yanvar - 18 fevral)

Bu, sizin ilinizdir!

2017-ci il bütün cəhətlərdən Dolça bürcünün ilidir. Məsələ ondadır ki, bu bürcün nümayəndələri ilə İlin Sahibi (Xoruz) ilə ruhən bir-birinə çox yaxındır. Bu insanlar təbiətcə yaradıcıdır, onlar mürəkkəb vəzifələr üzərinə götürmək istəmir və çətinliklərdən həmişə qaçırlar. Hər halda Xoruz ili öz mülahizələrinin doğruluğunu nümayiş etdirmək üçün Dolçalara çoxlu imkanlar verəcək.

Balıq (19 fevral-20 mart)

Durğunluğa son!

2017-ci il bir çox hallarda Balıq bürcünün nümayəndələri üçün əlamətdar olacaq. İlk növbədə ona görə ki, onların həyatında təxminən 10 il davam durğunluq dövrü başa çatacaq. Onlar sanki yuxudan ayılacaq, işsizlik yükündən xilas olacaq və özündə inanılmaz enerji partlayışı hiss edəcəklər.

Tarix
2017.01.02 / 00:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla