Yuxarı

Bu, Azərbaycanın uğur tarixinin yeni səhifəsidir - Xarçenko

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Xəbər Agentliklərinin V Konqresi müasir jurnalistika sahəsində innovasiya təcrübəsi mübadiləsinin unikal multimədəni platformasıdır. Nüfuzlu media strukturlarının Bakı Forumu çox yüksək səviyyədə təşkil edilmişdi, məzmunca zəngin və maraqlı idi. Eyni zamanda, Azərtac-ın konqreslərarası dövrdə iştirakçı agentliklər arasında peşəkar kommunikasiyanın davam etdirilməsinə dair təşəbbüsü xüsusi hörmətə layiqdir.

Axar.az xəbər verir ki, bu fikirləri Kiyevdə Azərtac-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində Ukrayna Milli İnformasiya Agentliyinin ("Ukrinform") baş direktoru, Dünya Xəbər Agentliklərinin Bakı Konqresinin iştirakçısı Aleksander Xarçenko səsləndirib.

"Ukrinform"un baş direktoru deyib: "Dünyanın bütün qitələrindən olan aparıcı xəbər agentlikləri rəhbərlərinin görüşü möhtəşəm hadisədir. Bakıda, V Dünya Konqresində təqdim olunan yeniliklər məni heyran etdi. Bu irimiqyaslı forumun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna dərindən minnətdaram. "Ukrinform" Azərtac-ın növbəti, 2019-ci ildə Bolqarıstan qəbul edəcəyi Konqresə qədərki dövrdə iştirakçı agentliklər arasında peşəkar kommunikasiyaları davam etdirmək təşəbbüsünü alqışlayır. Bu, praktiki və zəruri addım olaraq, yeni səviyyəyə, dünya xəbər agentlikləri arasında sistemli təcrübə mübadiləsi səviyyəsinə çıxış imkanı verəcək".

A.Xarçenkonun fikrincə, Bakı Konqresinin əsas təəssüratlarından biri Azərbaycanın özünü dünyaya təqdim etmək bacarığıdır.

"Ukrinform"un rəhbəri vurğulayıb ki, Azərbaycan qonaqpərvərliyi, azərbaycanlıların öz ölkələrindən duyduqları qürur və vətənlərinin dünyada daha yaxşı tanıtmaq istəyi Konqres üzvlərinin aeroportda qarşılanmasından tutmuş, Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə, dövlət başçısının agentlik rəhbərləri ilə mükəmməl ingilis dilində ünsiyyətinə və beynəlxalq məsələlərə dair dərin biliklərinədək hər yerdə hiss edilirdi.

Aleksandr Xarçenko fikrini belə yekunlaşdırıb: "Ukrayna üçün mühüm tərəfdaş olan Azərbaycanın uğurlarına çox şadıq. Bu yeni uğurlardan biri də Bakıda informasiya sammiti"nin keçirilməsi idi. Əminəm ki, "Ukrinform" və Azərtac arasında əməkdaşlıq bu uğur tarixinin səhifələrində biri olacaq".

Tarix
2016.11.24 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla