Yuxarı

“Kaspi” qəzetinin 135 illiyi qeyd olunur

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kaspi” qəzetinin yaranmasının 135 illiyi qeyd olunur.

APA-nın məlumatına görə, qəzet 1881-ci ildən nəşr olunmağa başlayıb və 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxıb. 1884-cü ilin yanvarından isə gündəlik olub.

1897-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürüb və redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılıb. O, 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək qəzetin redaktoru olub. Ondan sonra qısa müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb.

Qəzetdə H.Zərdabidən başqa N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları publisistik yazılarla çıxış edirdilər.

Mətbu orqan 1919-cu ildə fəaliyyətini dayandırıb. 1999-cu ildə yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunub. Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzetin 3 əlavəsi fəaliyyətdədir.

2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilib və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı “Üç əsrin qəzeti” kitabı işıq üzü görüb.

Tarix
2016.12.09 / 15:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla