Yuxarı

Regionlarda yayımın dayandırılması ilə bağlı narazılıq var?

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 10-da ölkənin 32 bölgəsində analoq TV yayım vericiləri söndürülüb. Analoq TV yayım vericilərinin söndürülməsindən ötən bir neçə gün ərzində heç bir narazılıq və şikayətlərin olmaması əhalinin bu tədbirə hazırlıqlı olduğundan xəbər verir.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanın 30 bölgəsində aparılmış sorğuya əsasən əhalinin 74%-i TV yayımlarını peykdən izləyir: “Mən bu faktı əvvəllər də qeyd etmişdim. Yerüstü yayımı əhalinin yalnız 7,4%-i izləyir ki, bunların bir hissəsi analoq-rəqəmli TV qəbuledicilərindən istifadə edir. LCD və plazma televizorlarının çoxu, xüsusən də 2010-cu ildən sonra satılanlar analoq-rəqəmsal tiplidir”.

Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabrdan Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.

Tarix
2016.12.14 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla