Yuxarı

Televiziya və radiolara lisenziya müddətsiz veriləcək

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda lisenziya müddəti bitmiş teleradio yayımçılarına lisenziya sənədi müddətsiz veriləcək.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O bildirib ki, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanının 5.1-ci bəndinə əsasən bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilib.

Qeyd edək ki, bir müddət əvvəl teleradio yayımçılarına lisenziyaların verilməsi MTRŞ-nın səlahiyyətlərinə daxil edilməsi qaydası qüvvəyə minib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanında dəyişikliklər edilməsi haqda fərman imzalayıb.

Fərmana əsasən, edilmiş dəyişikliklə lisenziya tələb olunan fəaliyyət növlərini (Teleradio yayımı fəaliyyəti, ümumrespublika televiziya yayımı, Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) MTRŞ həyata keçirəcək.

Tarix
2016.12.16 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla