Yuxarı

Pakistan mediası Heydər Əliyevdən yazdı - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın “Lead Pakistan” qəzetində ekspert Mahmud Ul-Hassan Xanın “Heydər Əliyev” sərlövhəli məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında məlumat verilir, təhlükəsizlik orqanlarında fəaliyyəti barədə danışılır. 1969-cu ildən keçmiş SSRİ tərkibində olan Azərbaycanına rəhbərlik etdiyi dövrdə gördüyü işlər, korrupsiyaya qarşı apardığı mübarizə və ölkə iqtisadiyyatının canlandırılması istiqamətində fəaliyyətinə nəzər salınır.

Müəllif yazır ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksəlib və SSRİ-nin rəhbərlərindən biri olub. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra o vaxt Moskvada yaşayan Heydər Əliyev Moskvada bu qanlı qırğına öz etirazını bildirib, sonra isə keçmiş SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsi ilə bağlı ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxıb.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın çətin və eyni zamanda şərəfli bir dövr keçdiyi, erməni təcavüzü və daxili çəkişmələrin ölkəni acınacaqlı vəziyyətə saldığı və belə çətin bir vaxtda Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə çıxış etməsi də məqalədə öz əksini tapır. Həmçinin Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra siyasi sabitlik əldə edildiyi, ölkədə dövlətçiliyin və dövlət strukturlarının möhkəmləndirilməsi, iqtisadi inkişaf proseslərinin başlandığı bildirilir, Konstitusiyasının qəbulunun və Ermənistanla atəşkəs sazişinin imzalanmasının ümummilli liderin adı ilə bağlı olduğu diqqətə çatdırılır.

Müəllif yazır ki, Heydər Əliyev Əsrin Müqaviləsinin imzalanmasına nail olub, onun prezidentliyi dövründə Azərbaycanın xarici siyasətində ciddi dəyişikliklər baş verib, bir çox dünya dövlətləri ilə normal münasibətlər qurulub, ölkədə İslam dəyərlər yenidən canlanmağa başlayıb.

Ekspert məqaləsində Azərbaycan-Pakistan münasibətlərinə də toxunur, bu münasibətlərin əsasının Heydər Əliyev və Bənazir Butto tərəfindən qoyulduğunu vurğulayır. Yazıda, habelə ölkə prezidentlərinin qarşılıqlı səfərləri haqqında danışılır, Heydər Əliyevin Pakistanı qardaş dövlət və strateji tərəfdaş saydığı diqqətə çatdırılır. Müəllif tanınmış şəxsiyyətlərin Heydər Əliyev haqqında fikirlərinə də yer verir.

Tarix
2016.12.21 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla