Yuxarı

TV-lərdən Qənirə Paşayevanın açıqlamasına - Reaksiya

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları haqda tənqidi fikirlərinə görə bəzi kanal rəhbərlərinin ona qadağa qoyması barədə sosial şəbəkədəki paylaşımına televiziya kanalları münasibət bildirib.

Axar.az xəbər verir ki, dövlət televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Musavat.com-a AzTV-də millət vəkilinə heç bir qadağa olmadığını bildirib: "Bizim telekanalda heç bir qadağa yoxdur. Efirlərə verilişin formatına, ruhuna və xarakterinə uyğun qonaqlar dəvət olunur".

ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, Qənirə Qaşayevaya efir qadağası qoymayıb: "Qənirə xanıma bizim televiziya qadağa qoymayıb. Onun müsahibələri, keçirdiyi tədbirlər bizim efirimizdə yayımlanır. Qənirə xanımın açıqlamasının bizim televiziyaya aidliyi yoxdur".

Speys TV-nin icraçı direktoru Kamil Şahverdiyev qeyd edib ki, Qənirə xanım ən çox bizim verilişlərdə qonaq olur: "Onun filmlərindən tutmuş keçirdiyi tədbirlərə qədər, süjetləri bizim televiziyada efirə gedir. Onun qəhrəmanlar haqda filmi yalnız bizim telekanalda yayımlanıb. Ötən həftə Speys 104 FM radiosunda 1 saat canlı efirdə qonaq olub. Biz Qənirə xanımın Türkiyədəki tədbirlərini də işıqlandırmışıq. O bizə irad tuta bilməz".

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərini bölüşüb. O, eyni zamanda bəzi telekanalların ona efir qadağası qoyduğunu vurğulayıb: "Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verlişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verilişdə belə bir elan çıxdı: “Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın”. Bu elan bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona “xoşbəxt olsunlar, sənun üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb növbəti dəfə öz-özümə “nə yaxşı ki, televiziyadan vaxtında getdin” dedim öz-özümə.

Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə, adamın ürəyi sıxılır. Bir çox insan tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı, siz bu sahədən gəlibsiniz” deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, “onu efirə çağırmayın” deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir, Qənirə xanımın tədbirlərindən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək, "vallah, Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək" deyir. Mən də uşaqlara deyirəm ki, narahat olmasın, mən onun vəziyyətini anlayıram, Xəbərlər Xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində və verlişlərində elə görünməsəm yaxşıdır. İnsanlar da deyir, gəl, bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!”

Tarix
2017.01.11 / 20:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla