Yuxarı

Əl-Cəzirədən Azərbaycanla bağlı növbəti reportaj - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı daha bir reportaj yayımlayıb.

AzərTac xəbər verir ki, reportajda ölkəmizin turizm imkanları haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan Şərq ilə Qərbin, Asiya və Avropa mədəniyyətlərinin qovuşduğu məkandır. Azərbaycan hökuməti ölkədə turizmin inkişafı məqsədilə hərtərəfli proqram həyata keçirir. Müəllif, həmçinin son illər Azərbaycana səfər edən ərəb turistlərin sayının artmasından söhbət açır.

Reportajda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikirlərinə yer verilir. Nazir ölkəmizdə ərəb ölkələri üçün xüsusi turizm təşviqat proqramlarının olduğunu bildirir. Qeyd edir ki, bu proqramlar təbiət gözəllikləri və müxtəlif mədəni, tarixi məkanlar ilə tanışlıq imkanı yaradır. Ərəb turistlər üçün meşələrə, çaylara, göllərə xüsusi turlar təşkil edilir.

Müəllif vurğulayır ki, özünəməxsus gözəl təbiətə, mülayim iqlimə malik Azərbaycanda gözəl tarixi və mədəni məkanlar var. İslam dünyası ilə xristian dünyasının qovuşma nöqtəsi adlandırılan Azərbaycan böyük turizm imkanlarına malikdir.

Reportajda ərəb turistlərin fikirlərinə də yer verilir. Onlar ölkələrinə məsafə baxımından yaxınlığına, ucuzluğun olmasına görə Azərbaycanı seçdiklərini deyirlər. Turistlər Azərbaycanda xidmətin yüksək səviyyədə olduğunu, gözəl təbiəti olan ölkənin inkişaf etdiyini, küçələrin təmiz olduğunu, ölkədə əmin-amanlığın hökm sürdüyünü söyləyirlər.

Müəllif qeyd edir ki, Azərbaycan turizmin təşviqi proqramlarının bəhrəsini görməyə başlayıb. Bu proqramların həyata keçirilməsi, xüsusilə viza verilməsi prosedurunun sadələşdirilməsi nəticəsində ölkəyə gələn turistlərin sayı artıb. Azərbaycan hökuməti turizmin inkişafı üçün bu sektora investisiyalar yatırılmasına ehtiyac olduğunu etiraf edir və investorları sərmayə yatırmağa dəvət edir. Bununla əlaqədar onlara güzəştlər təqdim edilir. Hökumət Azərbaycanı bütün ölkələrdən gələn turistlər uçun cəlbedici məkana çevirməyə çalışır.

Tarix
2017.01.11 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla