Yuxarı

Bu ölkə mediası Qorbaçovun cinayətləri haqqında yazdı - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqronun “Radio jadran” xəbər portalında “Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günüdür. Günahsız qurbanların xatirəsi” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, materialda xatırladılır: Keçən əsrdə 30 mindən çox günahsız azərbaycanlı həlak olub: 1918-ci ilin mart ayında ermənilər 30 min azərbaycanlını öldürüblər, 1992-ci il fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı isə 613 adam qətlə yetirilib. Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvar faciəsini unutmur və unuda bilməz. Çünki həmin gün 147 mülki şəxs qətlə yetirilib, 700-dən çox günahsız adam yaralanıb, 800-dən çox şəxs həbs edilib. 20 Yanvar Azərbaycan tarixinə ən qanlı faciələrdən biri kimi yazılıb. Günahsız adamların öldürülməsi, azadlıq mübarizəsi və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış mülki əhaliyə qarşı repressiyalar Mixail Qorbaçovun rəhbərlik etdiyi totalitar sovet rejiminin dağılması ərəfəsində baş verib.

Məqalədə qeyd edilir ki, 20 yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Materialda, həmçinin vurğulanır ki, həmin il Mixail Qorbaçovun Nobel mükafatı alması Azərbaycan xalqının xüsusilə hiddətlənməsinə səbəb olub (https://radiojadran.com/narod-azerbejdzana-obiljezava-20-januar-kao-dan-zalosti-sjecanje-na-nevine-zrtve/).

Tarix
2017.01.19 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla