Yuxarı

"Ələt Qafqazın Dubayı olacaq" - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kun.uz portalında Ələtdə yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında “Ələt Qafqazın Dubayı olacaq - zənginlik vəd edən məkan” sərlövhəli məqalə yerləşdirilib.

Azərtac xəbər verir ki, materialda əvvəl Dubayın Cabal Əli limanı haqqında məlumat verilir, bildirilir ki, Azərbaycan da belə analoji inkişaf modeli yaratmaq niyyətindədir.

Yazıda deyilir ki, Azərbaycan coğrafi cəhətdən Avropa ilə Asiyanın, Şərqlə Qərbin və Çindən Avropaya gedən Böyük İpək Yolunun qovşağında yerləşir.

Bildirilir ki, bu gün Azərbaycandan keçməklə Avropadan Asiyaya və Asiyadan Avropaya müxtəlif yüklər daşınır və getdikcə yüklərin həcmi qat-qat artacaq.

Vurğulanır ki, 2016-cı il martın 17-də “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncam imzalayıb və bu istiqamətdə fəaliyyətə başlanılıb.

Materialda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində görülən işlər haqqında ətraflı məlumat verilir, bildirilir ki, tikinti işlərinin birinci mərhələsi 2017-ci ilin sonunda başa çatmalıdır.

Tarix
2017.01.23 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla