Yuxarı

"Bakılıların güllələnməsi macar payızını xatırladır"

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın nüfuzlu “Magyar Hirlap” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevin müsahibəsi dərc edilib. Diplomat müsahibəsində Mixail Qorbaçovun rəhbərliyi ilə Siyasi Büro tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət nəticəsində yaşanan faciənin ildönümündən söz açıb, habelə Azərbaycan və Macarıstan münasibətlərinin hazırkı vəziyyətindən danışıb.

AzərTac-ın məklumatına görə, o deyib: “1990-cı il yanvarın 20-də dinc bakılıların güllələnməsi 1956-cı ilin macar payızını xatırladır. O zaman xalqın azadlıq uğrunda mübarizəsini zorla boğmaq istəyirdilər. Gənc alim kimi mən də etiraz edənlərin sırasında idim. Biz inanırdıq ki, müstəqil olmağa qadirik və öz taleyimizi özümüz həll edəcəyik. Lakin bizim üstümüzə tank yeritdilər. Yüzlərlə insan həlak oldu”.

“Qorbaçov başda olmaqla “can verməkdə” olan sovet rəhbərliyinə bu qədər mənasız qurban nəyə gərək idi” sualına səfir cavab verib ki, həmin vaxt Qarabağ münaqişəsi artıq iki il idi ki davam edirdi, ermənilər isə Azərbaycanın bir hissəsini – onun ürəyini qoparmışdılar.

“Artıq çoxdandır Macarıstandayam, ölkənizin tarixi ilə tanışam. Bizim Qarabağla bağlı yaşadığımızı siz Transilvaniya ilə bağlı yaşamısınız. Biz Moskvanın köməyinə, onun məsələni ədalətlə həll edəcəyinə ümid bəsləyirdik. Biz o zaman vahid ölkə idik. Lakin hadisələr tamam başqa cür oldu və bu, xalqın haqlı narazılığını daha da artırdı”, - deyə səfir bildirib.

Ermənistan-Azərbaycan hadisələrinə gəldikdə isə o deyib: “Azərbaycanın ərazisinin 20 faizi 25 ildir ki, işğal altında olduğu bir vaxtda hansı münasibətlərdən söhbət gedə bilər?”. V.Quliyev Rusiya və Qərb ilə münasibətləri praqmatik kimi səciyyələndirib.

Diplomat deyib: “Macarıstanla münasibətlərimiz xüsusilə yaxşıdır; həm siyasi, həm də iqtisadi cəhətdən. “Xalq diplomatiyası” da yaxşı işləyir, bizim oxşar təfəkkür tərzimiz var, bir-birimizi eyni dərəcədə hiss edir və anlayırıq. Buna bariz nümunə sizin qurultaydır. Biz bura dostlarımızın, qohumlarımızın yanına evimizə gələn kimi gəlirik”.

Tarix
2017.01.24 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla