Yuxarı

Türkiyədə kiməsə azəri deyiləndə... - Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktyorlarından olan Yenər Yüksək başda “Arxa küçələr” olmaqla, bir sıra seriallarda, tamaşalarda rol alıb.

Axar.az türk aktyoru Yenər Yüksəklə müsahibəni təqdim edir:

- Yenər bəy, “necəsiniz” sualına həmişə “hər şey yaxşıdır!” cavabını verirsiniz...

- Həqiqətən də, yaxşı olduğum üçün elə deyirəm.

- Bəs, indi necəsiniz?

- Xoşbəxt və gələcəyə ümidli...

- Bir aktyora aktyor olmayan kiminsə oyun oynaması necə hissdir?

- Bu, hər iki tərəfdə fərqli hisslər oyadan şeydir. Biri aktyor olmağın hissiyyatı ilə izləyər, digəri isə aktyor ola bilməyin hissiyyatı ilə oynayar.

- İstəyirəm, Türkiyədə teatrın bugünkü halından danışaq. Türk insanı üçün teatr nə ifadə edir?

- Yaşam şəklidir, deyə bilərəm. Türkiyənin hər yerində hər gün, hər saat sənətlə bağlı fərqli tədbirlər keçirilir. Sadəcə, bunları mediadan izləmək lazımdır.

- Nə üçün aktyor oldunuz? Tamaşaçı üçünmü, səhnə üçünmü, ya?..

- Aktyor olmağın, səhnəyə çıxmağın verdiyi hissi heç bir sözlə ifadə etmək mümkün deyil. Məncə, aktyor əvvəlcə özü üçün aktyor olur. Özümüz o hissi, həyəcanı yaşamalıyıq ki, tamaşaçıya da yaşada bilək. Yaşamaq və yaşatmaq - teatrda bu hisslər həmişə iç-içə olub. Yaşamadığını yaşada bilməzsən.

- Arzusunda olduğunuz, oynamaq istədiyiniz hər hansı bir rol varmı?

- Aktyorun rol seçməyə haqqı yoxdur. Aktyorluğun ilk şərt odur ki, o, hər rolu ifa etməyi bacarsın.

- Kimlər və ya nələr sizi daha çox incidir? Yaxınlarınız, cəmiyyətdə, ya daxilinizdə baş verənlər?

- İnsanı özündən başqa heç kim incidə bilməz. Çünki başqalarına bizi incitməkləri üçün də imkanı özümüz veririk.

- Rejissor, ssenarist, aktyor - hansı daha çox sizə yaxındır?

- Hər üçünü bir paketin içində fikirləşsək, üçünü də seçərdim.

- Bir az da bədii rəhbəri olduğunuz Şöhrət Teatrından bəhs edin.

- Teatrımız başda direktorumuz Salih Əkicinin səyləri ilə inkişaf edir. Teatrımızın inkişafı üçün istedadlı müəllimlər cəlb etmişik. Ölkənizin Elçin Aslangil kimi istedadlı gənclərini aramızda görməkdən çox xoşbəxtik.

- Bir tamaşanın üzərində işləmək daha rahatdır, ya insanlarla işləmək?

- Teatrın təməlində yaratdığın tamaşanın tamaşaçı tərəfindən izlənməsi var. Ona görə də ikisi ilə də işləməyi bacarmaq önəmlidir.

- Türkiyədə özünə rejissor deyərək gəzənlər daha çoxdur, ya həqiqi rejissorlar?

- Bunu dəqiqləşdirmək çətindir. Rejissor sözü kifayət qədər cəzbedicidir. Ona görə bu adın cazibəsinə qapılanlar çoxdur.

- Ən uğurlu və diqqətçəkən tamaşanız hansı olub?

- Hər tamaşa uğurlu və diqqətçəkən olur. Hər tamaşanın ləzzəti başqadır. Birinin adını çəksəm, o birilərinə haqsızlıq olar.

- Türkiyədən Azərbaycan və Azərbaycan mədəniyyəti, sənəti necə görünür?

- Azərbaycan mədəniyyəti haqda geniş məlumatım yoxdur. Amma şəxsən ora gedib Azərbaycanı yaxından tanımağı çox istəyirəm. Bunu qeyd etməyi özümə borc bilirəm ki, Türkiyədə kiməsə azəri deyiləndə ilk eşidilən söz “qardaşlarımızdır” olur.

- Mənim soruşmadığım, amma sizin danışmaq istədiyiniz başqa mövzu varmı?

- Azərbaycanlı qardaşlarımla birlikdə mədəniyyətlə bağlı işlər görmək ən böyük istəyimdir. Sizə Türkiyədən salamlar yollayıram.

Tarix
2016.11.26 / 09:14
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla