Yuxarı

“Mixaylo”nun son arzusu nə olub? - Xatirə

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı-dramaturq Firuz Mustafa Moderator.az saytına açıqlamasında Azərbaycan və Rusiyanın xalq artisti, kinoda daha çox yaratdığı Mixaylo obrazı ilə tanınan Nodar Şaşıqoğlu barəsində maraqlı xatirəni danışıb:

Mərhum aktyor dramaturqla söhbətdə əvvəlcə yenidən teatra qayıtmaq istəyi barəsində danışıb:

“Sizə bir sirr açım: Azərbaycanda teatra qayıtmaq mənim ürəyimdə çохdan yaşayan bir arzudur. Кral Liri оynamaq istəyirəm. Mən istəyirəm кi, bu rоlla Şекspir fеstivallarında iştiraк еdim. Əslində, "Кral Lir" bir aкtyоrun tеatrıdır. Mən bеlə düşünürəm кi, bu, mənim qəhrəmanım, mənim оbrazım, mənim rоlumdur. Amma əsərə səhnə həyatı vеrməк vəsait tələb еdir. Bеlə bir inamım var кi, mən dоğma məmləкətdə - dоğma səhnədə bu rоlu yaradacağam..."

Aralarında daha sonra bu cür dialoq yaranır:

“Xatirimdədir, biz söhbət edən zaman Şaşıqoğlu birdən üzümə diqqətlə baxıb soruşdu:

- Bura baxın, siz yazıçı deyilsiz ki?

Mən gülüb dedim:

- Nodar İzzətoviç, mən indiki halda jurnalistəm.

- Bilirəm. Bunu bilirəm. Amma siz yazıçısız, hələ lap dəqiq desəm, dramaturqsuz.
Mən təəccübləndim:

- Siz bunu haradan bildiniz?

O, bir qədər fikrə gedib handan-hana dilləndi:

- Mən dramaturqları söhbətlərindən, suallarından tanıyıram...

- Çox maraqlıdır...

İndi o, mənə suallar verməyə başladı:

- Neçə əsəriniz tamaşaya qoyulub?

- Sayını bilmirəm.

- Oooo... Yəni belə çoxdur.

- Yox, sadəcə, mən onları saymamışam.

- Onlardan ruscaya tərcümə olunanı varmı?

- Bəli. Var.

- Mənim yaşıma uyğun gələni necə, varmı?

- Məncə var.

Nоdar Şaşıqоğlunun qaşları çatıldı:

- Pyesin adı nədir?

- “İlğım”.

- Oooo... Çox maraqlıdır. Əsərin qəhrəmanı nə sənətin sahibidir?

- Rəssamdır.

Nоdar Şaşıqоğlu güldü:

- Mixaylo da rəssam idi.

Mən də ona qoşulub güldüm:

- Bəli... Görünür, daha bir rəssamla da görüşəcəksiz.

- Məmnuniyyətlə. Əslində, elə bunu demək istəyirəm. Yəqin ki, bu, komediya deyil.

- Xeyr. Əksinə, ona faciə də demək olar.

- Mən “İlğım”la nə zaman tanış ola bilərəm?

- Elə günü sabah.

- Oldu. Sabah Sizi elə burada, foyedə gözləyəcəm.

Mən ertəsi gün vəd etdiyim pyesi görkəmli sənətkara çatdırdım.

İki gündən sonra biz yenə görüşdük. Mən onunla görüşə bir rəssam tanışımla getmişdim.

Nоdar Şaşıqоğlu pyesin fabulasını az qala əzbərdən danışdı. O, həyəcanlı idi.

- Mən buradakı rəssam Çaparın rolunu oynamaq istəyirəm. Bu rol sanki mənim boyuma biçilib. Teatrın direktoru və baş rejissoru ilə danışacam. Yəqin ki, onlar etiraz etməzlər.

Rəssam tanışım onun söhbətini və şəklini lentə aldı.

Bir neçə gündən sonra biz yenə görüşdük.

Şaşıqоğlunun qanı qara idi.

Hiss etdim ki, müraciət etdiyi adamlar pyesin hazırlanmasına razılıq verməyiblər.

Böyük sənətkar qüssə ilə dedi:

- Əgər bura Rusiya olsaydı... Əgər mən öz rejissorlarımdan xahiş etsəydim... Əgər mən bu rolu oynasaydım...

Sonra o, üzrxahlıq edirmiş kimi bunları dedi:

- Darıxmayın, bu əsərin öz zamanı gələcək.

Biz sonralar bir neçə dəfə də görüşdük. O, hər görüşdə “İlğım” və onun qəhrəmanı rəssam Çapar haqda danışırdı.

Sonralar Şaşıqоğlu öz arzularından birinə çatdı, Rus Dram Teatrında Kral Lir obrazını yaratdı. Amma Çapar obrazını yaratmağa imkan olmadı...”

Tarix
2016.12.22 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla