Yuxarı

Təkamül Allahı inkar edir, yoxsa təsdiq? - Polemika

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkamülçülər var gücləri ilə sübut etməyə çalışırlar ki, təkamül (yəni inkişaf) varsa, demək, Allah yoxdur. Əslində isə təkamülü yönləndirən elə Allahdır. Bu iki anlayış bir-birini inkar etmir. Allah özü kamildir. Amma dünya, o cümlədən də insan kamil deyil. Deməli, insan kamilləşməlidir. Bu da təkamülə gətirib çıxarır.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış tənqidçi Əsəd Cahangir Feysbuk səhifəsində təkamül nəzəriyyəsi haqda yazıb. O, insanın yaradılış və inkişafı ilə bağlı fikirlərini bölüşüb:

“Allah insanı özünə bənzər yaradıb, amma özünə bərabər yaratmayıb. Əgər Allah insanı kamil yaratsaydı, hər insan bir Allah olardı. Allah isə birdir, ikincisi ola bilməz. Əgər insan kamil olsaydı, dinlərə, müqəddəs kitablara, peyğəmbərlərə ehtiyac olmazdı. Həkim xəstəyə lazım olduğu kimi, din də, peyğəmbər də, müqəddəs kitab da mənəvi xəstələrə (cahillərə) lazımdır. Amma insan sadəcə naqis yox, həm də faili-muxtardır. Kim istəsə, öz mənşəyini meymuna, kim istəsə Allaha bağlaya bilər.

Təkamülün ən böyük metodoloji səhvi odur ki, inkişafı ancaq predmetin daxilində axtarır. Təkamülçülər unudurlar ki, daxildəki o hərəkət və inkişaf verən qüvvə özü də insana verilibdir və onu verən var. Təkamül bu daxili qüvvə ilə (ruh), onu verən qüvvənin qarşılıqlı təsirindədir. Onlar arasında fasiləsiz qarşılıqlı təsir və əlaqə var. Bu əlaqə və təsir olmadan həyat ola bilməz. Varlıq ölü cisimdən ibarət olar. Dünyaya həyat, hərəkət, inkişaf verən qüvvəni görmədən hər şeyi dünyanın özünə bağlamaq filmə baxıb onu həqiqət kimi qəbul edən uşağın düşüncəsinə bənzəyir. Böyük yaşlı insan isə başa düşür ki, bu, sadəcə filmdir və bu filmi göstərmək üçün kinomexanik var. Allah neçə min illərdən bəri baxdığımız Təkamül adlı bu filmin kinomexanikidir”.

Tarix
2017.01.30 / 17:54
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla