Yuxarı

Bu, baş versə, robotlar dünyanı ələ keçirəcək - Alimimiz

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün texnika elmləri doktoru, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, dünya şöhrətli alim Rafiq Əliyevin doğum günüdür.

Kult.az xatırladır ki, Rafiq Əliyev 10 fevral 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxuyub və institutu fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olan Rafiq Əliyev 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.

İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Rafiq Əliyev bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Axar.az görkəmli alim Rafiq Əliyevlə doğum günü ilə bağlı qısa söhbət edib.

- Rafiq müəllim, əvvəlcə sizi təbrik edir, gözəl bir yaş ili keçirməyinizi diləyirik. Doğum gününüzü necə qeyd edəcəksiniz?

- Çox sağ olun! Əslində, heç vaxt ad günümü qeyd etməmişəm. 2011-ci ildən isə ümumiyyətlə qeyd etmirəm. Sadəcə, bəzi dostlarım var ki, məni zorla harasa aparırlar, bir məclis qururlar, oturub söhbətləşirik. Yəqin ki, bu dəfə də belə olacaq.

- Müəllim, görkəmli alim, sizin dostunuz Lütfi Zadə də fevralda anadan olub. İki dost alimin eyni ayda, eyni bürcdə anadan olması maraqlıdır. Sizcə, burada nəsə sirli məqam varmı?

- Vallah, bilirsiniz, bunu dəqiq deyə bilmərəm. Amma çox xahiş edirəm, bunu elə belə də yazın, özümü ora aid eləmirəm: Fevralda çox görkəmli adamlar anadan olub. Mən fəxr edirəm ki, Lütfi Zadə ilə təxminən 1 həftə ara ilə dünyaya gəlmişəm. O, həm mənim əziz dostum, həm də müəllimimdir.

- İnsan tez-tez geriyə dönüb etdiklərinə baxır. Siz 25 yaşda düşündüklərinizi 75 yaşınıza gəlib çatana qədər həyata keçirə bildinizmi?

- Düzünü deyim sizə, mən heç gözləmirdim ki, nə vaxtsa professor olacağam. Mənim üçün dünyanın ən böyük adı “professor”dur. Akademik, akademiyanın müxbir üzvü, nə bilim, başqa mükafatlar məni o qədər də maraqlandırmır. Amma söhbət həqiqi professordan gedir, adları paylanmış professorlardan deyil. Heç ağlıma da gətirmirdim ki, belə bir şey ola bilər. Görünür, mənim yaxşı müəllimlərim olub ki, həyatımda gözlədiyimdən də çox uğurlu hadisələr baş verib.

- Müəllim, belə bir fikir var ki, texnoloji inkişaf bəşəriyyətin sonuna səbəb olacaq. Siz nə düşünürsünüz bu barədə?

- Bu, çox maraqlı sualdır. Əgər elmdə əxlaq olmasa, inkişaf dünyanın, insanlığın sonu olacaq. Mən demirəm ki, siyasətdə əxlaq olsun, amma elmdə olmalıdır. Eynşteyn qəti istəməzdi ki, Xirosimaya atom bombası atılsın. O, buna görə çox peşman oldu ki, axı, mən nəzəriyyəni bunun üçün yaratmamışdım! Bu gün robotlar çox inkişaf edir, demək olar ki, əksər işləri bacarırlar. Amma Allah eləməsin, onlara bu gün həddən artıq ağıl versən, dünyanı da ələ keçirərlər.

- Müəllim, son vaxtlar dünyada müharibə prosesi şiddətlənib. Siz bir alim kimi necə düşünürsünüz: nə vaxtsa elm müharibənin qarşısını ala biləcək?

- Bilirsiniz, bu gün əsas müharibə silahlar müharibəsi deyil, informasiya müharibəsidir. Məsələn, dünyanın hansısa ölkəsini, bütün silahlarını bir dəqiqədə dayandırmaq olar. Bu mümkündür. Elmlə müharibənin qarşısını nə zaman almaq olar? Siyasətçilər elmə inananda! Onlar çox vaxt alimləri dinləmirlər, bu da xoşagəlməz nəticələrə səbəb olur

Tarix
2017.02.10 / 10:12
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla