Yuxarı

TV-yə fəhlə kimi gəlmişdim, amma... - Xalq artisti

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Televiziyada Rauf Kazımovski, qardaşım Arif Babayev kimi çox böyük rejissorlar çalışıb. Mən ilk dəfə 1959-cu ildə televiziyaya fəhlə kimi gəlmişəm.

Bu sözləri xalq artisti, prezident təqaüdçüsü, rejissor Vasif Babayev Azərbaycan milli televiziya və radiosunun yaranma tarixi haqda Axar.az-a danışarkən deyib. O, bütün TV işçilərini təbrik edib:

“Bir il fəhlə kimi çalışıb, Teatr İnstitutunda oxuduqdan sonra 1964-cü ildə rejissor köməkçisi olaraq televiziyaya qayıtdım. Sürətlə yüksəldim və 1969-cu ilin yanvar ayında baş rejissor oldum. Bununla da Azərbaycan televiziyası tarixinə ən gənc baş rejissor kimi düşdüm. Mən 1995-ci ilə kimi TV sahəsində işləmişəm. Azərbaycan televiziya məkanında ilk dəfə xalq artisti fəxri adına layiq görülmüş rejissoram. Cənab Prezident İlham Əliyev mənə prezident təqaüdü və üç otaqlı mənzil verib.

Bizim gözəl rejissorlarımız olub. Məsələn, 90 yaşlı rejissorumuz var bizim, mənim də müəllimim olub - Böyükağa Şirəlibəyov. O, televiziyanın ilk yarandığı gündən orada işləyib, amma indi adını çəkən, yada salan yoxdur.

Bu gün münasibəti ilə bütün TV işçilərini təbrik edirəm. TV-də işləyən gənclərə demək istəyirəm ki, işlərini sevsinlər”.

Qeyd edək ki, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaranıb. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb.

Tarix
2017.02.15 / 09:37
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla