Yuxarı

Onlar olmasa, ölərəm... - Aparıcı

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az aparıcı, aktyor Şəhriyar Əbilovla müsahibəni təqdim edir:

- Şəhriyar, siz televiziya sahəsinə gələnə qədər əziyyətli işlərdə çalışmısınız. Özünüzü məqsədlərinizə çatmış hesab edirsiniz?

- Yox, özümü hədəfimə çatmış hesab etmirəm. Mənim əsas məqsədim dünya kinosunda tanınmaqdır. Aktyor üçün ən ali mükafat olan “Oskar”ı almaqdır.

- Hollivuda çalışmağa gedəcəksiniz?

- Hollivuda gedən yolda çox uğurlara imza atıram. Bildiyiniz kimi, hər il Azərbaycanda çəkilən filmlərin bir çoxunda yer alıram. Bu, mənim üçün böyük uğurdur. Bu il baş rolda oynadığım “Kloun” filmi də aprel ayında təqdim ediləcək. Əgər ingilis dilini tam mükəmməl öyrənə bilsəm, dəvət etsələr, böyük məmnuniyyətlə gedərəm. Düzdür, dəvət etməklə deyil, gərək özüm cəhd edim. Bunun üçün də nə lazımdırsa, yavaş-yavaş edirəm.

- Çoxdandır veriliş aparmırsınız, nə zaman qayıtmağı düşünürsünüz?

- Ola bilsin ki, yaxın vaxtlarda Xəzər TV-də yeni bir verilişimiz olsun. Gələcəkdə “Xəzər” ailəsi ilə birgə maraqlı işlərimiz olacaq.

- Bir müddət əvvəl bir geyim butiki açmışdınız, sonra bağlandı, yenidən biznes qurmaq fikriniz var?

- Yenidən biznes qurmaq fikrim var. Butikin sonu yaxşı olmasa da, bu, mənə göstərdi ki, “Abilove” brendi ilə maraqlı biznes layihələrinə imza ata bilərəm.

- Çox adam sizi “stil ikonası” kimi görür, siz necə, bununla razısınız, ya yox?

- Yox, “stil ikonası” deməzdim. Mən çox stildən istifadə edirəm, amma hər dəfə çoxlarının risk etmədiyi rəngləri qatıb, maraqlı bir obraz yaratmağı bacarıram. Bəzən bir kostyumu 3-4 dəfə başqa versiyalarda geyinirəm. Camaata elə gəlir ki, hər dəfə başqa kostyumu geyinirəm. Bu zövqdən irəli gəlir. Zövqümüz var və biz bunu bacarırıqsa, niyə də cəmiyyətdə zövqlü təbliğat aparmayaq. Amma “stil ikonası” sözü çox xoşum gəldi, elə desələr, lap əla olar, amma buna layiq olmaq lazımdır.

- Nə baş versə siz bütün işləri atıb, buradan gedə bilərsiniz?

- Vallah, insan dəlicəsinə sevsə, çox şeyi atıb gedə bilər. Bir də faciəvi nəsə baş versə, Allah uzaq eləsin, bu suala bir az qorxuram cavab verməyə. Təki heç bir faciəvi hadisə baş verməsin ki, mən bunları atıb getməyim, çünki bu, mənim sevdiyim işdir.

- Bəzən olur ki, müğənnilər kasıb insanların toylarında təmənnasız iştirak edirlər, sizdə də belə şeylər olur?

- Dəfələrlə belə şeylər olub. Hətta kasıb ailə üçün müğənniləri yığıb toy da etmişik. “Biq şou” dövründə belə bir layihə olmuşdu. Hətta turla onları Dubaya da yollamışdıq. Allah ruzi-bərəkətimizi bol eləsin, daha da çox belə işlər görək.

- Necə bir uşaqlıq keçirmisiniz? Atanızın, ananızın üzərinizdəki təsirləri necədir?

- Çox gözəl uşaqlıq keçirmişəm. Atam da, anam da sağ-salamatdır. Çox yaxşı valideynlərim var. Onların tərbiyəsinin bəhrəsidir ki, bu gün ayaqdayam. Allah eləməsin, onlar olmasa, mən ölərəm. Onların mənəvi dəstəyi mənə kömək edir. Uşaqlıqda bir az nadinc idim, həmişə evə gələndə dizlərim qan içində olurdu. Anam bir tərəfdən, atam bir tərəfdən qışqırırdı üstümə. Amma yenə də sakit durmurdum.

- Klassik bir sual vermək istəyirəm: nə vaxt evlənirsiniz?

- Qismət olsa, gələn il bu suallara son qoymaq istəyirəm.

- Ailə quracağınız xanım necə biri olmalıdır?

- Ailə quracağım xanım ilk öncə əxlaqlı, ziyalı, savadlı olmalıdır. İncəsənəti anlamalıdır. Mənə, yəni həyat yoldaşına dost olmalıdır ki, evə gələndə onunla məsləhətləşə bilim. Səhər evdən çıxmaq istəməyim, axşam isə tələsim ki, evdə məni dostum gözləyir. İstəyirəm, elə adam olsun ki, sabah əlimdən tutub mənə “sən hər şeyə qadirsən, bunu bacararsan”, - desin.

Tarix
2017.02.28 / 08:15
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla