Yuxarı

Səidə Sultan: İstəyirəm, məni kimsə işlətsin – Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allah şahid, yaxınlarım şahiddir ki, mənim üçün ailə qurmaq 16 yaşımdan başlayıb, 16 yaşımdan elçilərim gəlməyə başlayıb. Özüm istəməmişəm. Qızsayağı da yox, oğlansayağı yaşamışam. Qız olar, evində yeməyini bişirər, vaxtında evində olar. Ancaq mənim yaşam tərzim elə olmayıb. Mən özüm qazanmışam, hər şeyi özüm idarə etmişəm.

Kult.az xəbər verir ki. bu sözləri müğənni Səidə Soltan ARB Ulduz-un “Şou-məkan” proqramında deyib.

Səidə onun marağını baltalayan insanların səbəb olmasından söz açıb:

“Əvvəl marağım çox idi. Məqsədim də təmiz idi. Getdiyim yolu da düz seçmişdim. Düzdür, sonralar özümə başım qarışdı. Heç nəyə fikir vermədim. Sonra elə bir məqamlar oldu ki, başladılar mənim marağımı öldürməyə, mən doğurdan da həvəsdən düşdüm. İndi də məqsədli müğənnilər var. Mənim o cür yanaşmam yoxdu. Gərək özümün ürəyimə yatsın ki, mahnı oxuyum”.

Artıq yorulduğunu dilə gətirən sənətçi hazır məhsul olarsa, çox rahat olacağını bildirib:

“Mən bilirsiz necə iş rejimi istəyirəm? Hazır kökə məsələsi. İstəyirəm ki, məni kimsə götürsün, hazır məhsul kimi işlətsin. Artıq ora-bura qaçmaqdan bezmişəm. Bu işləri görmək istəmirəm. Düşmənlərim daha çox oldu. Mən təkəm, arxamda Allahdan başqa kimsə yoxdur. Ömür böyü də özüm tək mübarizə aparmışam. Məni istəməyən insanlar, mənim antireklamımı aparan insanlar çox oldu. Ona görə də, mən hər şeydən küsdüm”.

Müğənni bununla yetinməyib, anasının ona evlənmək üçün namizədlər axtarışına çıxmağını da vurğulayıb:

“Anam bir də görürsən gəlir evə. "Səidə, bir müəllim var. Onun da bir qohumu var. Yaxşı adamdı. Səni istəyirlər. Oğlan da yaxşı oğlandır", - deyir. Qalıram kəsilə-kəsilə. Mənim artıq elə yaş dövrümdür ki, durub birdən ərə gedə bilmərəm. Bundan sonra mən bəyənə bilmərəm”.

“Əgər evlənsən, ailə-uşağa qaynıyıb qarışsan, yəqin oxumağı birdəfəlik yadından çıxararsan?” – sualına isə Səidə belə cavab verib:

“Müğənni qızlarımızın çoxunun qanında var ki, ərə getsin, sonra oxumasın. Gedim uşağım olsun, daha bəsdir, istəmirəm, oxumuram, deyirlər. Başqa nə edəsən ey”.

Tarix
2017.04.19 / 23:02
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla