Yuxarı

Allah bizi “məmur” olmaqdan saxlasın – Şair

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmməd Tahir pedaqoqdur. Peşəsi gənc nəsli maarifləndirmək, onları sabaha ləyaqətli bir insan kimi hazırlamaqdır. Həm də şairdir. AYB üzvüdür. Bir-neçə kitab müəllifidir. AYB qəzet və jurnallarında müntəzəm dərc olunur. Ədəbiyyat haqda maraqlı fikirləri ilə daima gündəmdə olmağı bacarır.

Onu Kult.az-ın səhifəsində oxucularımızla görüşdürdük.

- Məmməd bəy, sizin bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, həm də pedoqoji fəaliyyətinz var. Şairliyiniz müəllimliyinizə, müəllim olmağınızın isə şairliyinizə köməyi dəyirmi?

- Yaradıcı adamlar həyata maraqlı olurlar. Həyatdan çox şey öyrənməyə çalışırlar. Bu mənada, pedaqoji sahədən də öyrəniləsi çox şey var. Hər şagird bir dünyadı. Onların mühiti, düşüncələri çox saf olur. Böyüklərdən fərqli olaraq onlar yalan, riya bilmirər. Belə bir saf mühitdə olmaq, onlarla birgə nəfəs almaq özü Allahın bir inayətidir.

- Uzun müddətdir yaradıcılıqla məşğulsunuz, bu sizə nə verdi?

- Poeziyadan heç bir umacağım olmayıb. Heç bir qarşılıq gözləməmişəm. Amma deməliyəm ki, yaradıcılıq mənə çox şey verib. Birinci növbədə təmiz ürək, ləyaqət, öz qürurunu qorumaq hissi, daha sonra yaxşı, ləyaqətli dostlar… Bu dostlar əsasən şairlər, yazıçılardı. Bu zümrədən olan şəxslər isə duru, pak olurlar. Bundan artıq istəmək məncə, nankorluq olardı.

- Kitablarınız, yazar olmağınız sizin dolanışığınıza təsir edirmi?

- Yox, elə bir təsiri olmayıb. 94-cü ildə “Yazıçı” nəşriyyatında “Araz” almanaxı çıxmışdı, mənim də o almanaxda üç şeirim çap olunmuşdu. Onda yüz əlli manat qonorar aldım. “Ulduz” jurnalının 90-cı il sentyabr nömrəsində şeirim çap olunmuşdu. Onda da bir az pul aldım. Ondan sonra nə isə aldığım yadıma gəlmir. Hə, bir də “Yazıçı” nəşriyyatında 90-cı ildə kitabım çıxmalı idi. SSRİ dağıldı, kitab nəşriyyatdan qayıtdı. Çıxsa idi, o vaxtın pulu ilə min dörd yüz manat almalı idim. O da belə oldu. Nə isə…

- Bəzən “ədəbiyyat məmurları” deyərək kimləri isə hədəfə alırlar. Bu doğuru yanaşmadırmı?

- Ədəbiyyat adamından heç vaxt məmur olmaz. Əgər varsa, o ya ədəbiyyat adamı deyil, özünü ədəbiyyat adamı kimi göstərir, ya da onu düzgün dəyərləndirmirlər.

- Niyə ədəbi cameədə az-az görünürsüz, özünüzə, yaradıcılığınıza qarşı hər hansı bir qısqanclıq hiss etmirsiz ki?

- Ədəbi came deyəndə Yazıçılar Birliyini nəzərdə tutursunuzsa, vallah, mənim o Birliyin qapısında yatmalı halım yoxdu. Qaldı ki, ədəbi orqanlarda çap olunmağa, hərdən şeirlərimi verirəm, bəyənirlər, çap edirlər. Çap etmirlərsə, deməli, bəyənməyiblər. Bu da onların çap etməmək haqqıdı.

- Sizcə, ədəbiyyatı da inhisarda saxlayanlar var?

- Bu gün Azərbaycanda ədəbi sahədə heç bir inhisarlıq yoxdu. Kim nə istəyir, nədən istəyir, yazır. 80-ci illərdə Saatlı rayonunda müəllim işləyirdim. Rayonun “Dönüş” adlı qəzetində “Gedər bu dünyadan, qatarlar gedər” adlı bir şeirim çap olunmuşdu. Şeirdə belə bir yer var idi: ”Tanrı yazısıdı, neyləyim, qardaş/ Bir gün də eləcə götürüb məni/ Gedər bu dünyadan, qatarlar gedər…” Qəzeti əlimə alanda gördüm ki, “tanrı” sözünü dəyişib, “tale” yazıblar. Sonra öyrəndim ki, o vaxtkı rayon partiya komitəsinin ideoloji şöbəsindən əmr gəlibmiş. İndi kim necə yazır, elə də çap edirlər, odur ki, zəif şeirlər doldurub qəzet, jurnal səhifələrini.

- İndi çoxlu ədəbi məclislər var, qrup şəklində ədəbiyyat yaradırlar və sair. Bunlar nə vəd edir?

- Ədəbi məclislərə pis baxmıram. Bu gün Yazıçılar Birliyinin bəzi vəzifələrini bu məclislər yerinə yetirir. Yazıçılar Birliyi yaxşı işləsə, bu məclislərə ehtiyac qalmaz. O ki qaldı qrup halında ədəbiyyat yaratmağa, bu, mümkün deyil. Ədəbi yaradıcılıq fərdi işdi. Hər kəs tək olanda bu işlə məşğul olur. Heç vaxt üç nəfər bir yerə yığışıb şeir və yaxud hekayə-filan yazmaz.

- Məmməd müəllim, ədəbiyyatımızı pillələrə ayırsaq, siz özününzü hansı məqamında, mərtəbədə görürsüz?

- Gəlin, ədəbiyyatı pillələrə ayırmayaq, onsuz da çox şeyi pillələrə ayırmışıq. Kim özünü harda görürsə, qoy elə bir-iki addım da qabağa getsin. Mənə qalanda, hamını özümdən qabaqda görürəm.

- Şeir yazmasaydız, həyatınızda nə dəyişərdi?

- Onda yəqin mən olmazdım. Bu gün nəsri şeirdən çox sevirəm. Əslində mən şeiri heç sevmirəm. Uşaq vaxtımdan belədi. Vallah, özümdən olsa, heç şeir yazmaram. Amma birdən elə duyğulanıram ki, yazmamaq olmur.

- Ümumiyyətlə, Məmməd Tahir imzası ədəbiyyatımıza nə vəd edir?

- Heç nə vəd etmir. Elə nə varsa, odu.

- Siz yazar olaraq nəyə güman edirdinizz və nəyə nail oldunuz?

- Heç bir gümanım olmayıb. Heç nəyə də iddiam, heç kəsdən umacağım yoxdu. Düşünürəm ki, bütün bunları elə mənə ədəbiyyat bəxş edib.

- Arzularınız nə idi, gerşəkləşdimi?

- Mən heç düşünməmişəm ki, şeir yazım, şair olum. Bu günün özündə kimsə mənə “şair” deyəndə, özümü bir az naqolay hiss edirəm. Şair çox böyük kəlmədi. Bu sözü hər adama demək olmaz. Beş-on kitab çıxarmaqla, yaxud da ad almaqla şairlik olmur. İnsan gərək təbiətən şair olsun, ədəb-ərkanlı, böyük-kiçik yeri bilsin. Vallah, həyasızlıqla şairlik bir yerə sığmır. Şairliyin birinci keyfiyyəti abır-həyadı.

- Heç ürəyinizdə xalq şairi olmaq istəyi varmı?

- Bizdən və keçmiş SSRİ-nin bir neçə respublikasından başqa dünyanın heç bir yerində “xalq şairi” titulu oxdu.

- Özünüzü ədəbiyyat məmurları sırasında görsəydiniz, nəyi dəyişərdiz?

- Bu sualınıza qismən bayaq cavab verdim. Müəlliməm. Uzun illər də jurnalistik fəaliyyəti ilə məşğul olmuşam. Təbiətən yumşaq adamam. Kövrəyəm. Çörək yeyəndə belə televizorda saz havası çalınanda tikəmi əlimdə saxlayıram. Qabaqlar belə olanda məni ağlamaq tuturdu. İndi bir az dözümlüyəm. Deməyim odu ki, qardaş, məndən məmur olmaz. O da qala, ədəbiyyat məmuru. Allah şairləri məmur olmaqdan saxlasın…

Tarix
2017.04.23 / 12:20
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla