Yuxarı

Bakıya gələn türk sehrbaz nədən gileylidir? - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Firudin Akın 1956-cı ildə Türkiyənin İzmir şəhərində anadan olub. Teatr aktyorudur, daha çox şar və illüziya ilə məşğul olur. “Ticarət mərkəzlərində, məktəblərdə, mərasim və bayramlarda şou göstərməklə həm işimi görür, həm də uşaqları sevindirirəm”, - deyir. Firidun bəyin həyat yoldaşı azərbaycanlıdır. Elə buna görə də həyat yoldaşının istəyi ilə 2016-cı ilin sentyabrında Bakıya köçüb.

Kult.az-ın qonağı olan Firudin bəy Azərbaycanı çox sevdiyini və rastlaşdığı çətinliklərin tezliklə aradan qalxacağına inandığını bildirdi.

Şəhərə əlavə rəng qatmaq istəyirəm...

Türkiyədə şarlardan oyuncaq fiqurları düzəldib satırdım, yaxşı da qazanırdım. Həmçinin, uşaqları əyləndirmək üçün mərasimlərə də qatılırdım. Bakıya gələndən sonra bir az çətinliklə qarşılaşdım, iş tapmaqda çətinlik çəkdim. Azərbaycanlı olmadığım üçün buranın qanunlarını yaxşı bilmirəm. Mənə kömək edəcəklərinə söz verən bəzi sənətçilər də sözünün üstündə dayanmadı. İşimi görmək üçün müxtəlif yerlərə müraciət edirəm, amma dəqiq məlumat vermirlər. Sənətimə yaxındır deyə, səyyar satışla məşğul olmaq istəyirəm. Mən qida, geyim yox, adi şar satıram. Şardan hazırladığım müxtəlif oyuncaqları ucuz qiymətə satıb uşaqları sevindirirəm. Pis bir iş görmürəm ki?! Şəhərin mərkəzində kloun geyimində şar sataraq, müxtəlif şoular göstərərək, həm pul qazanmaq, həm insanlara müsbət enerji ötürmək, həm də şəhərə rəngarənglik gətirmək istəyirəm.

Bəzi sənətçilər söz verdilər, amma...

Burada teatrlara müraciət etməmişəm, çünki dil problemim var, Azərbaycan ləhcəsində yaxşı danışa bilmirəm. Yeni ildə səyyar satışla məşğul olmaq istədim. İcazə verməyib, “qadağandır” dedilər. Amma orada məndən başqa adamlar da var idi və səyyar satışla məşğul olurdular. O insanlara icazə verilir, amma mənə yox. Soruşdum ki, mən türkiyəli olduğum üçün icazə vermirsiniz? Axı bizim aramızda böyük qan, ruh bağlılığı var, axı biz doğma qardaşıq!

Həyat yoldaşımla tanış olanda haralı olduğunu soruşmuşdum, “azərbaycanlıyam” demişdi. Mən Azərbaycan, Türkiyə deyə ayrı-seçkilik etmirəm. Övladım azərbaycanlı xanımla türkiyəli kişinin nikahından doğulub. Heydər Əliyevin bir sözü var: “Bir millət, iki dövlət”. Mən hətta deyirəm ki, biz bir millət, bir dövlət olaq. Bütün türk dünyasının birləşməsini istəyirəm.

Şaxta baba paltarı geyinib...

60 yaşım var, bundan sonra nə qədər yaşayacağam, bilmirəm. Qızım 6-cı sinifdə oxuyur. Gəldik ki, Azərbaycana adaptasiya olsun. Çünki mən öldükdən sonra xanımım buraya gələcək, ailəsi, qohumları buradadır. Fikirləşdim ki, sonradan gəlməkdənsə, elə indi gələk.

Yanvarın 1-i Yeni il günü qızımla, həyat yoldaşımla birlikdə Nizami küçəsinə getdik. Orada polislərə yaxınlaşıb dedim ki, şar satmaq istəyirəm. Dedilər, qadağandır. Dedim, bəs başqaları satır, o biriləri də Şaxta baba paltarını geyinib, insanlarla şəkil çəkdirir, pul qazanır. Niyə başqalarına icazə verilir, mənə yox?! Hansı yolla icazə ala bilərəm? Dedilər, get filankəslə danış. Getdim onlarla da danışdım. Bir nəfəri göstərdilər ki, bu, İcra Hakimiyyətində işləyir, onunla danış. Mən də dedim, İcra Hakimiyyəti ilə nəyi danışım, axı bu işə polislər baxır. Yəni davamlı olaraq məni harasa göndərdilər. ASAN Xidmətə getdim, dedim, vergi ödəyərək bu işlə məşğul olmaq istəyirəm. Dedilər, sizə VÖEN aça bilərik, amma polisin, İcra Hakimiyyətinin bu işə qarışmasına bir şey edə bilmərik.

Qarabağ, Xocalı hadisələri olanda...

Mən bir Türkiyə türkü kimi, Qarabağ, Azərbaycan sevdalısıyam. Qarabağ müharibəsində, Xocalı soyqırımda sizdən çox mənim ürəyim ağrıdı. Həmin qanlı hadisələrin olduğu illərdə Türkiyədə Azərbaycana dəstək üçün bu olaylarla bağlı tamaşalar hazırladım. Çünki mən bu ölkəni, bu ölkənin insanlarını sevirəm, özümə doğma bilirəm. İstərdim ki, yaşayıb bir şeylər vermək istədiyim bu ölkədə arzuladığım işlə məşğul olum.

Çox yerdə çalışmışam: sirkdə, toy, ad günü mərasimlərində müxtəlif şou və illüziyalar göstərmişəm. Həmişə də böyük maraq doğurub. İnanıram ki, qucaq açdığımız Bakı bizi öz bağrına basacaq və bu şəhərin daha da rəngarəng olması üçün müəyyən işlər görəcəyik.

Səyyar satıcılar hardan icazə almalıdır?

Firudin Akının səyyar satıcılıq istəyi və bu yöndə hüquq məsləhət ala bilməməsi önəmli bir məsələni gündəmə gətirdi: kassa aparatı olmayan, buna görə də nəyi və nə qədər satdığı, gəliri qeyri-müəyyən bu satıcıların vergi mükəlləfiyyəti necə müəyyən olunur? Onların işi hansı qanunla tənzimlənir?

Suallara cavab tapmağa çalışacağıq.

Tarix
2017.06.06 / 14:33
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla