Yuxarı

Tutaq ki, bu TV yarandı: nə göstərəcək?

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda əsas problemimiz xüsusi kanalın çatışmaması deyil, mövcud olan kanallarda nəyin göstərilməsidir. Əgər uşaqlar üçün xüsusi bir televiziya kanalı yaradılacaq və o da başqa ölkələrdə hazırlanan cizgi filmləri, proqramları verəcəksə, yaradılmasa yaxşıdır. Əgər yaradılan kanalda uşaqlar üçün təhsil proqramları, yerli cizgi filmləri veriləcəksə, milli-mənəvi dəyərlərimiz təbliğ ediləcəksə, bu, alqışlanan hərəkət olar.

Bu sözləri İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) uşaq televiziyasının yaradılması haqqında məruzəsindən danışan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Kult.az-a açıqlamasında deyib. O bildirib ki, KİV qurumları arasında ixtisaslaşmanın getməsi məqsədəuyğundur:

“Dünyanın hər yerində ixtisaslaşmış televiziya kanalları, qəzetləri var. Bunların olması çox yaxşı haldır. Əgər resurslar imkan verirsə, uşaqlar üçün də xüsusi televiziya kanalı yaratmaq olar. Amma bizdə problem hazırda bu deyil. Onsuz da bəzi kanallarımızda uşaqlar üçün verilişlər yayımlanır. Söhbət kanalın və ya verilişin olmasında deyil, əsas məsələ orada təqdim olan mövzular, vaxt seçimi və onların uşaqların zövqünü oxşamasıdır. Bizdə çatışmayan cəhət budur. Mən öz uşaqlarıma görə başqa ölkələrin, xüsusən də Rusiyanın, Türkiyənin cizgi filmlərini, uşaq proqramlarını izləyirəm. Orada sanki təsadüfi bir məsələ yoxdur, hətta cizgi filmlərinin özündə belə hansısa bir ideologiya var. Onlarda milli-mənəvi dəyərlərinin, tarixlərinin təbliği var. Amma bizdəki proqramlarda təsadüfi hallarda milli cizgi filmləri verirlər”.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) illik məruzəsində uşaq televiziyasının yaradılması təklif olunur.

Tarix
2018.04.21 / 08:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla