Yuxarı

Güneydə fars-ərəb, Quzeydə isə rus-ingilis... - Fərrux Cəraidi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərrux Cəraidi Güney Azərbaycanın tanınmış yazarlarından biridir. O, 1982-ci ildə Təbrizdə anadan olub. 13 yaşından ana dilində əsər yazmağa başlayıb. Tərcümələri dərc olunmayan Cəraidinin bir sıra hekayələri “Sancaq” jurnalında işıq üzü görüb. Yazarın çap edilməyən əsərlərindən “Alma” adlı hekayə toplusunun adını çəkmək olar.

Güneyli yazıçı Fərrux Cəraidi ədəbiyyatla bağlı fikirlərini Kult.az-la bölüşüb:

- Bu gün çap olunan bədii kitabların sayı keçmişlə müqayisədə çoxdur. İranda, özəlliklə Güney Azərbaycanda türkcə ədəbiyyat hansı səviyyədədir?

- 40-60 il öncəyə baxdıqda Səməd Behrəngi, Rza Bərahəni, Bulud Qaraçörlü, Doktor Zəhtabi, Doktor Cavad Heyyət, Yalqız, Yəhya Şeyda, Əli Təbrizli, habelə, Şəhriyar və b. kimi insanların yaradıcılığını görürük. Mən ədəbiyyatımızın bugünkü səviyyəsini keçmişlə müqayisədə bir az düşük görürəm. Açığı, bu çağda onlar kimi güclü yazıçı, yaxud şair çox azdır.

- Güney Azərbaycan ədəbiyyatının dünya səviyyəsinə çatması üçün ədəbiyyatçılar, nə etməlidirlər?

- Ədəbiyyatın inkişafı üçün hər bir yazar və şair ədəbi səpkilərlə tanış olmalı, düzgün oxumalıdır. Amerikalı məşhur yazıçı Ernest Heminquey deyir ki, mən yazılarımın çoxunda Pol Sezanın yaratdığı rəsmlərdən təsirlənmişəm. Bu isə incəsənətlə ədəbiyyatın əlaqəli olduğu anlamındadır. Buna görə də silahı qələm olan yoldaşlarımız bütün incəsənət səpkiləri ilə tanış olmalıdır. Tənqid olunmaqdan qaçmamalıyıq. Həqiqətən, yazıların tənqid olunması ədəbiyyatın güclənməsində mühüm rol oynayır.

- İran türkləri (Azərbaycan) ədəbiyyatı və Quzey Azərbaycanın ədəbiyyatında nə kimi fərqlər var?

- O tayda ana dilində yazıb-oxumanın özgürlüyünə görə ədəbiyyat bu tayla müqayisədə inkişaf edib. Təəssüf ki, bizim ədəbiyyatda fars və ərəb mənşəli sözlərin yol tapdığı qədər Quzeydə də rusla ingiliscədən keçən sözlər dildə özlərinə yer ediblər.

- Axar.az saytı Güney ədəbiyyatının inkişafına nə dərəcədə yardım edə bilir? Daha artıq işlər görmək üçün nələr etməyimizi təklif edirsiniz?

- İndi virtual dünya dönəmidir. Sözsüz, güclü saytların olması çox önəmlidir. Axar.az saytı bu tayın yazarlarını, şairlərini tanıtdırmaqda, yazılarını paylaşmaqda gözəl bir missiyanı yerinə yetirir. Təəssüf ki, ağızdan-ağıza yayılan nağıl və bayatılarımız unudulmaqdadır. Ümid edirəm ki, saytınız şifahi ədəbiyyatımıza da nəzər salaraq, onun diqqətdə qalmasına zəmin yaracaq.

Tarix
2018.06.07 / 08:30
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla