Yuxarı

İranda ana dilində təhsil mümkündürmü? – Fərrux Cəraidi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güneyli yazar Fərrux Cəraidinin İranda Azərbaycan dilində təhsilə qoyulmuş qadağa və başqa məsələlərlə bağlı Kult.az-a verdiyi müsahibəni təqdim edirik:

- Dərs ili başlayır. Ana dilində təhsilin olmamasına görə baş tutan etiraz aksiyaları, kampaniyalar nəticə verəcək?

- Hələ ki, bu il məktəblərdə ana dilində təhsilin olub-olmaması ilə bağlı xəbər yoxdur. Bu, baş tutan etirazların nəticəsiz qaldığı anlamına gəlmir. İndi İran məktəblərində “azad dərs” deyə bir bölüm var. Ana dillərini sevən müəllimlər bu bölümdə şagirdlərdən ana dilində yazmağı istəyirlər. Sözsüz ki, bu balaca səhifəyə aldanmayacaq, istəklərimizdən əl çəkməyəcəyik. Dünyanın hər bir yerində insanların öz dillərində yazıb-oxuma haqları var. Sözsüz, dilimizi qorumalı, inkişafına töhfə vermək üçün ana dilimizi oxuyub-öyrənməliyik.

- Ana dili ilə bağlı hədəfiniz nədir?

- Məncə, farsca ilə yanaşı, ana dilimizi öyrənmək fars dilini daha yaxşı başa düşməyimizə yardımçı olar. Biz qanunlar çərçivəsində ana dilimizin məktəblərdə tədris edilməsini istəyirik.

- Ana dilli məktəblərin olması ilə bağlı hər hansı tədbirlər keçirilmədiyi təqdirdə, şagirdlərin öz dillərinin xırdalığını bilməsi üçün hansı işlər görülməlidir?

- Millət vəkillərinə, dövlət adamlarına çatdırdığımız istəklərdən əl çəkməyib, israr etməliyik. Dilimizin qanunlarını doğulduğumuz andan bilirik. Məsələn, heç bir Azərbaycan türkü “gül” sözünə “lər” əvəzinə “lar” cəm şəkilçisini qoşmaz. “Güllər” deyər, bunun səbəbini bilməsi üçün isə ana dili haqqında təlim keçməlidir. Bu imkan isə hələ ki, məktəblərdə yoxdur. Ailə yaşamın təməl daşı olduğu kimi, təlim də təhsilin təməl daşıdır. Məncə, heç olmasa, ata-analar dərslikləri alıb oxumalı, müasir çağın yaratdığı virtual dünyadan yararlanıb, gələcək nəsil üçün dilimizi yaşatmalıdır.

- İranda şagirdlərə ana dilində təhsilin verilməməsinə səbəb kimi onların evlərində ana dilində danışdıqları, fars dilini isə yalnız məktəbdə öyrənə biləcəkləri göstərilir. Bu ayrı-seçkiliyin kökündə hansı səbəblər yatır?

- Uzun illərdir İranda “Bir din, bir dil, bir millət” siyasəti yürüdülür. Görülən tədbirlər fars dilindən başqa, digər dilləri aradan qaldırmaq məqsədi daşıyır. Yüz ildən artıqdır bu hərəkat başlayıb. Təəssüf ki, ölkənin bu siyasəti bir çox bölgədə müsbət nəticə verib.

- Axar.az saytı əski əlifbada xəbər yayımlayır və məqsəd də ana dili qaydalarına əməl etməklə xəbər çatdırmaq, dil normaları haqda alim yazılarını sizlərə təqdim etməkdir. Daha nə ilə ana dilinin qaydalarını öyrənməkdə sizə yardımçı ola bilərik?

- Çox istərdik ki, Axar.az, habelə, digər saytlar dilimizdə tapmaca, nağıl, atalar sözlərini animasiya kimi oxuculara təqdim etsinlər. Bu, uşaqları daha çox dilimizə, ədəbiyyatımıza sarı çəkə bilər. Sözsüz, bu, çətin prosesdir. Bu yolda hər kəs əl-ələ verməlidir.

Tarix
2018.09.13 / 07:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla