Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


"Onlar istəyir ki, Prezidentin təcrübəli kadrları istefa versin"

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin mediaya müsahibəsini təqdim edir:

- Qüdrət bəy, sosial şəbəkələrdə keçmiş cəbhəçilərin və iqtidarın sabiq təmsilçilərinin “əsl müxalifət kimdir” mövzusunda apardıqları debatları, qarşılıqlı ifşa və ittihamları izləmək imkanlarınız olurmu və sizcə, hansı tərəf haqlıdır?

- Bəzən partiya üzvləri tövsiyə edəndə nəyəsə baxıram, adətən mənə mətbuatda və sosial şəbəkələrdə deyilənlər və yazılanlar barədə məlumat verilir. Tərəflərin xarakterindən və tərbiyəsindən asılı olaraq, 10-15% açıq görünən böhtanlara yol verilsə də, ümumən bir-birilərini düzgün xarakterizə edirlər. Bir-birinə “qardaş” deyib, amma gizlincə səslərini yazıb mətbuta ötürən adamlardan bundan artıq nə gözləmək olar ki? Xalq bunların tərbiyəsiz danışıqlarını eşitdikcə iqtidardakıların ölənlərinə min dəfə rəhmət oxuyur.

- Həmin debatlar zamanı sanki yarışırmışlar kimi iqtidarın ünvanına ağır ittihamlar da irəli sürülür. Bu ittihamlara münasibətiniz necədir?

- Müxalifət ona görədir ki, iqtidarın buraxdığı səhvləri göstərsin və özünün iqtidara daha hazırlıqlı olduğunu nümayiş etdirsin. Bunların isə hələ ki, göstərdikləri əsasən tərbiyəsiklikdir. Əlbəttə, iqtidarın fəaliyyətində çatışmazlıqlar var və onlar ədəb-ərkan çərçivəsində deyilməli və göstərilməlidir. Hansı ki, biz bunu edirik. Artıq haqq dünyasına qovuşmuş, boğazlarını Surət Hüseynovun kəndirindən çıxarmış, Azərbaycanı dağılmaqdan qorumuş, təkidlə hakimiyyətə dəvət etdiyimiz rəhmətlik Heydər Əliyev haqqında bu adamların əxlaqsız davranışını gərəndə insanlar dəhşətə gəlir. Heydər Əliyev iqtidarda olanda onun tənqid olunması normal idi. Hər bir iqtidarın müxalifəti olmalıdır, amma o dünyasını dəyişəndən sonra ona böyük ehtiram göstərilməlidir və xalqımız da bunu edir. Heydər Əliyev Elçibəy dünyasını dəyişəndə ona münasibətdə bu nümunəni yaratmışdı. İlham Əliyevin siyasi fəaliyyətinə görə Heydər Əliyevin təhqir olunması isə ikiqat əxlaqsızlıqdır.

- Bu adamların kimlərsə tərəfindən idarə olunması fikrini necə qəbul edirsiniz və ölkəmizin gələcəyini necə görürsünüz?

- Söyüş söyənlərin kənardan idarə olunması açıq-aydın görünür. Bəziləri özləri barədə həm daxildə, həm də xaricdə saxta bir imic yaradıblar. Pulları var, düşünürlər ki, ölkədə həm iqtidarı, həm müxalifəti gözdən salmaqla, Prezidentin ətrafındakı güclü fiqurların istefaya göndərilməsinə nail olmaqla böhran yaradılsa, xaricdəki himayədarları “xalq” adı ilə onları hakimiyyətə dəvət edə bilər. Amma unudurlar ki, hər dədəsinin gözünü çıxarana Koroğlu demirlər. İndi 90-cı illər deyil. Hakimiyyətdə də kifayət qədər təcrübəli, ciddi beynəlxalq dəstəyi olan İlham Əliyevdir. Onun yanında Mehriban Əliyeva kimi ağıllı silahdaşı, hökumətdə bacarıqlı sadiq dostları, ölkədə sabitliyi və təhlükəsizliyi yüksək səviyyədə təmin edən DİN və DTX var. Xalqımız da 93-cü ilin təcrübəsindən çıxış edərək başa düşür ki, siyasi böhran yaradıb antikontitusion yollarla hakimiyyətə gəlmək istəyənlər Azərbaycanın düşmənləridir.

Ölkəmizin gələcəyi barədə isə çox nikbinəm. Əminəm ki, iqtidar siyasi və iqtisadi islahatların dərinləşdirilməsinin alternativinin olmadığının fərqindədir. Bu islahatlar zamanla həyata keçiriləcək.

Ölkənin neftdən asılılığına son qoyulmalı, elm, təhsil inkişaf etdirilməli, itisadiyyat liberallaşdırılmalı, böyük özəlləşdirilməyə gedilməlidir. Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə danışıqlar intensivləşdirilməlidir.

Tarix
2018.10.26 / 16:37
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ-da fəxri vətəndaşlıq alan azərbaycanlı: Azərbaycan üçün...

BQSŞ üzvlük üçün Bakıya hansı tələblər qoyub? - Osmanlı

Samirə dəb xətalarından danışdı - Müsahibə

İrəvan ilkin şərt irəli sürməyə bilər, ancaq Türkiyə... - Səfir

Anarın qızı danışdı: Bunu qadağan etdik

Tədqiqatçı Müşfiqlə bağlı şok faktları açdı – Müsahibə

Nazir İstanbuldakı nitqindən danışdı: Anlamaq istəyən...

Mübariz Mənsimov necə milyarder oldu? - Özü danışdı

Müşfiq davakar, "xuliqan" olub - Qohumu danışdı

Fəxriyyə Xələfova: Sofiya cazibədar xanımdır - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla