Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Avqust 2017


Elza himnimizi qəsdən təhrif edibmiş - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan himnimizin sözlərini səhv oxumasına aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Elza Seyidcahan Moderator.az-a himnimizi bilərəkdən səhv oxuduğunu deyib: "Həmin video himnimizi səhv oxuyanlara bir mesaj idi. Elzanın bir səhvi böyük layihədir. Məhz 9 noyabr Bayraq günündə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində bu fikri həyata keçirdik. Şuarımız "Himnimizi əzbərləyək" idi".

İfaçı bu videonu birmənalı qarşılamayanlara təəssüf edib:

"İllərdir bütün dünyada himnimizi düz oxuyuram. Niyə bunu yazmırlar? Ancaq doğrudan da himnimizi çoxları bilmir. Ona görə də hər zamankı kimi Elza Seyidcahanın və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin bu layihəsi bütün dünya azərbaycanalılarını bir qədər yaxşı mənada silkələdi. Himnimizi bilirikmi? Qəlbində xoş niyyəti olan insanlar bu layihəni alqışlayırlar. Pis, qara niyyətli insanların isə mənə atdıqları daşlar qəmbərə çevrilib qayıdır özlərinə".

Elza Seyidcahan onda qüsur axtaranlara da səslənib: "Məndə qüsur tutub bir qırmızı işıq yandıranlar, sizə bir sualım var: Heç olmazsa sizin tutduğunuz əməllərinizdə bir yaşıl işıq yanırmı? Qırmızıdan alışıb yananda elə yer qoyun ki, yanğınızı söndürməyə bir qaşıq su tapa biləsiniz. Elza Seyidcahan himni həm əla oxuya bilir, həm də pianoda əla ifa edir. Həm də vətənpərvər himnlər bəstələyir. "Gedək himnimizi əzbərləyək!"

Tarix
2016.11.14 / 01:03
Müəllif
Axar.Az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İran televiziyasında Azərbaycan mahnısı - Video

Rusiyanın "qızıl səsi" ad gününü Bakıda keçirəcək

Tanınmış şairdən Alim Qasımova: Zalım adam...

"Ölürüm Türkiyəm" mahnısı oğurluqdur? - Şok iddia

Türkmənbaşı nəvələri ilə konsert verdi - Video

Yutub tarixində ən çox izlənən - Video

“Retro Bakı” davam edir

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

Emindən müğənni dostunun qızı ilə möhtəşəm rəqs - Video

“FeMusa” orkestri Qəbələdə çıxış etdi - Foto

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla