Yuxarı

Tarkan etiraz səsini ucaltdı - Təcavüz qanunu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Tarkan Türkiyə Böyük Millət Məclisində müzakirə olunan "təcavüz etdiyi şəxslə evlənsə, həbs olunmayacaq" qanun layihəsinə etiraz edib.

Axar.az xəbər verir ki, müğənni mətbuata verdiyi açıqlamada bu məsələyə görə böyük sarsıntı keçirdiyini bildirib:

"Türkiyənin gündəmini məşğul edən təcavüzlə bağlı qanun layihəsi məni çox sarsıdır, kədərləndirir. Günlərdir bu məsələyə görə özümə gəlməkdə çətinlik çəkirəm və vicdanımın fəryadlarını susdura bilmirəm. Arzu edirəm ki, bu qanun layihəsi ilə bağlı qərar verəcək olan insanlar qəlblərinin, vicdanlarının səsinə qulaq versin. Uşaqların əllərindən xəyallarını, ümidlərini oğurlayanlar cəzalandırılmalıdır".

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının deputatlarının Türkiyə Böyük Millət Məclisinə təklif etdiyi bu qanun layihəsinə əsasən, təcavüz edən şəxs qızla evlənsə, cəzadan qurtulacaq. Sözügedən qanun layihəsi Türkiyədə böyük etirazla qarşılanıb.

Tarix
2016.11.22 / 13:01
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla