Yuxarı

Seyid Şuşunski toyda özünü niyə xəstəliyə vurub...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan musiqi tarixində bir çox xanəndələrimiz var ki, onların təbliği o qədər də aparılmayıb. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinksi, Xan Şuşinksi, "Segah" İslam, Keçəçioğlu Məhəmməd kimi xanəndələr nə qədər məşhur olsalar da, istedadlarına görə onlardan heç də fərqlənməyən xeyli ifaçılar ki, adlarını belə bilmirik. Muğam tarixinin araşdırmaçıları Firudin Şuşinksi, İslam Abdullayev, Aslan Kənan və başqalarının onlar haqqında verdikləri məlumatları çıxsaq,(elə bu yazıda da onların bilgilərindən istifadə olunub) bu sənətkar haqqında demək olar ki, heç bir bilgi yoxdur. Onlardan biri də Məşədi Məmməd Fərzəlibəyovdur. Azərbaycan muğam tarixində "Şüştər"in atası" kimi tanınır.

Axar.az Moderator.az-a istinadla bu Qarabağ xanəndəsinin nə dərəcədə böyük istedad sahibi olduğunu təsdiqləmək məqsədilə iki əhvalatı təqdim edir. Əhvalatlardan birini böyük xanəndə Seyid Şuşinski özünün xatirələrində yazır:

"Bir gün məni Tiflisdən Gəncəyə toy məclisinə dəvət etdilər. Məclisdə məndən başqa Musa Şuşinski və Məşədi Məmməd Fərzəliyevin də dəstələri var idi. Günorta yeməyindən sonra məclis qızışdı. Əvvəlcə, Məmməd "Segah" oxudu. Sonra isə Məşədi Məmməd "Şüştər" başladı, nə başladı. Mən onun nəinki şirin guşələrinə, duzlu xallarına da valeh olmuşdum, hətta özümü unutmuşdum. Axşam məclisində mən oxumalı idim. Lakin "Şüştər"məni elə hala salmışdı ki, Məşədi Məmmədin insanı bihuş edən guşələrindən sonra oxumağı, məclisi yola verməyi ağılsızlıq saydım. Buna görə də əlacsız qalıb, kamança çalanı dəmiryol vağzalına göndərdim ki, bilet alsın, axşam Tiflisə qayıdaq. Yazıq mənə təəccüblə baxıb dilləndi:

-Ağa, bəlkə, xəstələnmisən, icazə ver, həkim çağıraq. Əsəbləşdim:

-Ay bədbəxt, nə həkim, nə dərman? "Şüştər" məni elə hala salıb ki, cəmi Qafqazın həkimlərini və dava-dərmanını bura yığsanız, əlac olan deyil. Tez vağzala.

Axşam heç kəsin xəbəri olmadan Tiflisə yola düşdük. Musa məyus halda mənə dedi:

-Ağa, toy yiyəsi səni soruşsa, onda nə deyək?

-Heç nə. Denən, Seyid getdi, onu mən əvəz edəcəyəm, nə fərqi var, o da Şuşinskidir, mən də. Sən oxumağını istə".

İkinci əhvalatı isə, yuxarıda adı çəkilən xanəndə Musa Şuşinski danışır:

"Gəncədə Bağbanlar kəndində toyda idik. Ən məşhur xanəndələrdən ibarət 7-8 ifaçı dəvət edilmişdi. Məşədi Məmməd də orada oxuyurdu. Bilmirəm, xanəndələr arasında oxumaq barəsində nəsə söhbət düşdü. Məşədi Məmməd üzünü Cabbara tutaraq zarafatyana dedi:

-Məni əsəbləşdirməyin. Hamınızı qataram zənguləmin qabağına, düz vağzala qədər qovaram".

QEYD: Cabbar Qayrağdıoğludan ondan güclü xanəndələrin kimliyi barəsində soruşanda demişdi:

-Qafqazda mənə rəqib iki xanəndə var: biri "Zabul" Qasım, o biri Məşədi Məmməddir. Bəxtimdən birincisinin zil səsi yoxdu, ikincisinin isə dərin musiqi savadı.

Tarix
2016.11.25 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla