Yuxarı

İnfarktdan gedən əfsanə: həyat yolu – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 dekabr, yeni il ərəfəsində dünya şöhrətli ulduz, çoxsaylı məşhurun idealı Corc Mayklın cəsədi evində tapıldı.

Axar.az xəbər verir ki, milyonları kədərləndirən bu xəbəri Mayklın meneceri Lippman ictimaiyyətə çatdırdı:

“Milyonların sevimlisi, ingilis şairi və musiqiçi Corc Maykl evində, ürək çatışmazlığından dünyasını dəyişib”.

Corc Maykl kimdir?

2 Qremmi mükafatının sahibi yunan köklü populyar ingilis müğənnisi, vokalist və bəstəkar Corc Mayklın əsl adı Georgios Kiriacos Panayiotoudur.

O, müasir günümüzün ən uğurlu müğənnilərindən biri, canlı əfsanə hesab olunurdu.

Maykl 1963-cü ildə, İngiltərənin paytaxtı London şəhərinin şimalında dünyaya gəlib. O, ilk uğurunu 1981-ci ildə məktəb yoldaşı və uşaqlıq dostu Endryu Ridcili ilə birlikdə “Vam!” (Wham!) adlı bir qrup qurmaqla qazanmışdı. Bu qrup qısa müddət ərzində dünya pop musiqisinə öz adını yazdırmağı bacardı. “Vam!” həm də Çində konsert verən ilk Qərb qrupu kimi də tarixə düşüb. Böyük məşhurluq və 17 milyon albom satışı qrup daxilində çəkişmələrə səbəb oldu, tərəflər ayrılmaq qərarına gəldi. 26 iyunda qrup son dəfə Vembleydə 72 min fanatın qarşısında çıxış etdi və bu konsertdən sonra tarixə qarışdı...

Əfsanəvi ifaçı solo karyerasına 1984-cü ildə ifa etdiyi “Keyrles Visper” (“Careless Whisper”) mahnısı ilə başlayıb.

1987-ci ildə Maykl artıq ən böyük arzularından birini reallaşdıraraq uşaqlıq idealı Elton Conla eyni səhnəni bölüşür, duet oxuyurdu. Areta Franklinlə birgə ifa etdiyi “Ay nü yu vör veytinq for mi” (“I Knew You Were Waiting For Me”) mahnısından sonra Corc Maykl artıq dünya ulduzu idi. O, soul musiqisinin kraliçası ləqəbli Areta Franklin ilə duet oxumuş ilk ağ dərili müğənni kimi tarixə düşmüşdü. Corc Maykl ABŞ və Avropa musiqi siyahılarındakı liderliyini uzun müddət qoruyub saxlamağa müvəffəq oldu.

İlk solo albomu 1987-ci ildə – “Ay vont yor seks” (“I Want Your Sex”) işıq üzü gördü. Albom qısa zamanda məşhurluq qazansa da, bir çox ölkədə senzura ucbatından yayımı qadağa edildi, hətta BBC kanalı da sözügedən mahnının yayımından imtina etdi.

Lakin bütün bunlar Mayklın şöhrətinə kölgə gətirə bilmədi. O, son onillikdə Britaniya radiolarında mahnıları ən çox verilən sənətçi, Londondakı Vembley stadionunda ifa etmiş ilk müğənni, solo olaraq 10 milyondan çox albom satılan ifaçı, Daymond mükafatı sahibi idi.

2011-ci ildə Maykl sətəlcəmin ağır formasına tutuldu. Bu səbəbdən o, bir çox konsertindən imtina etməli oldu. Müalicə üsulu kimi Mayklı ciyərlərin süni ventilyasiyası aparatına qoşmuşdular, bu isə öz növbəsində onun səsinin tam itirilməsinə gətirib çıxara bilərdi. Bu hadisədən sonra ifaçının həyatında böyük depressiya başladı. Narkotikə qurşanan əfsanəvi ulduz dəfələrlə fanatlarının önündə pis durumda qalıb, polis tərəfindən saxlanılıb, iki dəfə sürücülük hüququndan məhrum edilib.

Məhz bu səbəblərdən Mayklın ölüm xəbəri yayılanda bir sıra KİV-lər onu aşırı dozada narkotik maddə qəbulundan dünyasını dəyişdiyi iddiası ilə çıxış etdi. Meneceri Lippmanın açıqlamasından və hadisə yerinə gələn polisin keçirdiyi xüsusi araşdırma nəticəsində isə məlum oldu ki, Corc Maykl, doğrudan da, ürək çatışmazlığından dünyasını dəyişib.

Tarix
2016.12.28 / 09:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla