Yuxarı

Əhməd Qaya Atatürk haqda nə demişdi? – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk qanın, göz yaşının, işğalların çox olduğu bir vaxtda imperializmə, 7 dövlətə qarşı mübarizə apardı. Hər yer bölüşdürülən bir vaxtda çıxıb, “Mən bu ölkəni xilas etmək istəyirəm, bu yolda mənimlə olanlar bir addım önə çıxsın” deyəndə minlərlə, milyonlarla insan Mustafa Kamalın qərarını dəstəkləmişdi. Atatürk təkcə böyük komandir yox, həm də həssas bir dövlət başçısı, şəxsiyyət idi.

Kult.az xəbər verir ki, bu sözləri Türkiyənin əfsanəvi müğənnisi Əhməd Qaya illər əvvəl İbrahim Tatlısəsə aid bir verilişdə Mustafa Kamal Atatürk haqda danışarkən deyib. O, Atatürkün türk xalqını ömrünün sonuna qədər sevdiyini bildirib:

“Komandirlik heç də asan bir şey deyil. Komandir olmaq üçün təkcə əsgərlərə liderlik etmək kifayət etmir. İnsanın ən böyük komandirliyi onun öz ölkəsini, vətəndaşlarını sevməsidir. Atatürk bu ölkəni çox sevirdi. Lap əvvəldən sevirdi, ömrünün sonuna qədər də sevdi.

Bizim ondan təhvil aldığımız bir əmanət var: siyasi hadisələrin, xaosun olduğu vaxtlarda heç kimə imkan vermədən bu vətənpərvərlik mirasını ölənə qədər ürəyimizdə daşımaq. Bu ölkə başlanğıcda necə sevilirdirsə, sonsuza qədər də insanların sevdiyi bir ölkə olaraq qalacaq”.

Qeyd edək ki, Əhməd Qaya 2000-ci il noyabrın 16-da Parisdə vəfat edib.

Tarix
2017.02.27 / 08:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla