Yuxarı

Azərbaycan “Avroviziya”da 15-ci yeri tutacaq

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bukmekerlər bu gün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avroviziya-2017 mahnı müsabiqəsinin final mərhələsində qələbəyə ən real namizəd olan ölkələrin adlarını açıqlayıblar.

Virtualaz.org xəbər verir ki, bukmekerlərin ehtimalına görə, liderlik Portuqaliya təmsilçisi Salvador Sobrala məxsusdur.

İkinci yerə italiyalı Françesko Qabbani, üçüncü yerə isə Bolqarıstan təmsilçisi Kristian Kostov namizəddir.

Belçika, İsveç, Xorvatiya, Böyük Britaniya, Rumıniya, Danimarka, Fransa təmsilçiləri də 26 ölkə arasında ilk onluqda yer alıblar.

Bukmekerlərin ehtimalına görə, Azərbaycan namizəd ölkələr arasında 15-ci yerdədir. Qalib olma şansı ən aşağı olan ölkələr isə Kipr və İspaniyadır.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək. Ümumilikdə, bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

Tarix
2017.05.13 / 15:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla