Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 May 2017


Özcan ermənicə oxudu: qəzəbimizə isə... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Özcan Dəniz erməni dilində mahnı oxumasına münasibət bildirib.

Kult.az xəbər verir ki, ifaçı sosial şəbəkədə “Mi gna” mahnısının ermənicə olmasından xəbərsiz olduğunu bildirib.

"Mənim bir tərəfim musiqiçidir və heç bir millətin mahnısına düşmən ola bilmərəm. Radioda təsadüfən dinlədiyimiz mahnını hansı dildə olduğunu düşünmədən komandamla birgə ifa edib əyləndik və həmin anları sizinlə paylaşdıq. Çox sonra gələn mesajlardan erməni mahnısı olduğunu öyrəndim və sizin bu mövzudakı həssaslığınızı bildiyim üçün də videonu götürdüm. Biz yunanlarla belə mahnılarımızı bölüşürük. Bizim mədəniyyətimizdə mahnılara qarşı düşmənçilik yoxdur. Mənim ölkəmdə çoxlu sayda erməni olan vətəndaşımız varkən sizin kimi düşünə bilmərəm və düşünmərəm. Biz hamımız bu ölkədə türk vətəndaşı olaraq yaşayırıq. Sənətə, mahnılara, melodiyalara, mədəniyyətlərə düşmənçilik olmaz. Siyasətə qarşı düşmənçilik olar. Mən də nə siyasətçiyəm, nə də siyasi mövqeyi olan sənətçi. Sadəcə azərbaycanlı qardaşlarımızı bu haqlı qəzəblərindən dolayı anlayıram və də həssaslıq göstərirəm. Mən oraya pul qazanmaq üçün konsert və ya film gətirmirəm. Oradakı azərbaycanlı dostlarımızla bərabər türk filmləri ilə sizləri yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Göstərdiyim səylərin xərclərimizin ödənməsindən başqa bir qarşılığı yoxdur. Mən dünyaya türk, kürd, laz, erməni, azərbaycanlı, ərəb, yunan, ingilis deyə baxmaram. Əgər baxsam sənətçi ola bilmərəm. İnsan kimi baxaram və insanlar arasında ayrıseçkilik salan siyasəti də əsla sevmərəm. Aranızda çox cahil və kor kimi baxan insanlar var, bizdə olduğu kimi. Onların təsiri altında olan bir cəmiyyət olmamağımızı istəyirəm. Sizləri sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir çıxarım yoxdur, amma bilin ki, mənim can qardaşımsınız. Biz eyni millətin və eyni torpağın övladlarıyıq".

Tarix
2017.05.17 / 15:26
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Xalq artisti yubileyinə görə 36 kilo arıqladı - Video

Şahin Növrəsli Parisdə konsert verdi - Foto

Prezident öz yazdığı mahnını oxudu - Video

Qızının konserti bitdi, Alim səhnəyə çıxdı və... – Video

Alim Qasımovun qızından möhtəşəm konsert - Video

Güneyin böyük sənətkarı Bakıda

Tramp pianoda çalır, Putinlə oxuyur… - Video

Çoban Pərvinin daha bir ifası yayıldı - Video

18 yaşlı azərbaycanlı İsveçdə birinci oldu - Video

Aşıqların yeni geyimi belə olacaq - Video

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla