Yuxarı

Alim Qasımovun qızından möhtəşəm konsert - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən axşam paytaxtın ən böyük mədəniyyət ocağında - Heydər Əliyev sarayında izdiham yaşanıb.

APA-nın məlumatına görə, əməkdar artist Fərqanə Qasımovanın iki aydır gözlənilə konserti nəhayət ki, gerçəkləşib.

Əməkdar artist səhnəyə tanınmış modelyer dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı milli geyimdə çıxıb. Konsertin bədii rəhbəri Rüstəm Zeynallı idi. O, 13 nəfərlik ansamblla birgə təxminən, saat yarım davam edən axşamda həm Fərqanə Qasımovanı müşayət edib, həm də tamaşaçılara bir-birindən rəngarəng musiqi nömrələri təqdim edib.

Gecənin ən maraqlı məqamlarında biri də xalq artisti Alim Qasımovun səhnədə qızı ilə birgə ifa etməsi olub.

Konsertdə daha bir sürpriz yaşandı. Alim Qasımovun iki nəvəsi də ifaları ilə izləyiciləri təəccübləndiriblər.

Konsert Alim Qasımovun qarşından gələn 60 illik yubileyinə həsr olunub. Xalq artistinin sevincindən də hiss olunurdu ki, o, qızının çıxışından xeyli razı qalıb:

“Fərqanəni səhnədə belə üzən görməmişdim. Maşallah, Allah qorusun. Fərqanə xanım bu gecə məni o qədər rahat elədi. O qədər ürək-dirək verdi ki?! “Əhsən” deyirəm sənə”.

“Bizim məqsədimiz həmişə olub ki, Alim müəllim ki, bu sənətdə bu qədər əziyyət çəkib, yəni biz ən azı ona layiq olaq. Bacardığımız qədər çalışaq ki, bu ada layiq olaq. Alim müəllim çox əziyyət çəkib muğamı bu səviyyəyə çatdırmaq üçün. Biz hamımız ona borcluyuq”, - Fərqanə Qasımova deyib.

Tarix
2017.05.22 / 16:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla