Yuxarı

Azərbaycanlı gözəlliyi ilə kanadalıları heyran etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı ifaçı Amerikada türk xalqlarının festivalında Azərbaycan dilində mahnı oxuyaraq könülləri fəth edib.

Gənc Azərbaycan müğənnisi Xədicə İbrahimli-Manor Kanadada türk xalqlarının festivalı çərçivəsində solo konsertlə çıxış edib. Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib. Azərbaycanlı müğənninin çıxışı açıq səma altında olub və saat yarım uzanıb. Müğənninin sözlərinə görə, festivalda digər ölkələrdən də müğənnilər iştirak edib.

"Tamaşaçılar mənim çıxışımı dinləyərək Azərbaycan musiqisinə heyran olmuşdular və hətta mənimlə birlikdə rəqs də etdilər. Mən öz konsertimi 28 May – Respublika Gününə həsr etmişdim" – deyə müğənni bildirib.

Qeyd edək ki, bu, İbrahimlinin öz yaradıcılığına uzun müddət ara verəndən sonrakı ilk çıxışı olub. O, Türkiyədə təhsil alıb, bir neçə il modelyer işləyib və sonra müğənni olmaq qərarına gəlib.

Tarix
2017.05.31 / 23:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla