Yuxarı

İsrail və ABŞ-ın musiqiçiləri Qəbələdə konsert verdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ şəhəri Beynəlxalq Musiqi Festivalına uğurla ev sahibliyi edir.

Axar.az xəbər verir ki, bu musiqi bayramı artıq gözəl bir ənənəyə çevrilib, öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva artıq neçə ildir ki, bu musiqi festivalının respublikamızın dilbər guşəsi olan Qəbələdə keçirilməsinə yaxından dəstək verirlər. Bu beynəlxalq musiqi festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verilməsinin göstəricisidir. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, dünyanın müxtəlif ölkələrindən bu festivala gələn məşhur solistlərin, orkestrlərin ifası mənəvi yaxınlığı hiss etməyə imkan verir.

Festivalın proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub. Uğurla reallaşan növbəti kamera konserti də olduqca maraqlı ifalarla yadda qalıb. Bir səhnədə yer alan tanınmış musiqiçilər - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, professor Murad Adıgözəlzadə (piano), İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman, festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtuozları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski, Təl-Əvivdəki “Buchman-Mehta” Musiqi Akademiyasının, Sadna Konservatoriyasının müəllimi, valtorna ifaçısı Mixail Slatkin çıxış edərək bəstəkar İohannes Bramsın, Fikrət Əmirovun, Sergey Raxmaninovun unudulmaz əsərlərini ifa ediblər.

Həmçinin konsertdə Azərbaycanın gənc pianoçuları Səidə Tağızadə, Elxan Niftiyev və viola ifaçısı Rəna Rəhimova Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. Musiqiçilərin təqdimatı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.

Tarix
2017.08.01 / 22:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla