Yuxarı

Sovetlərin belə “bəy” dediyi dahi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugün dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun ad günüdür.

Kult.az xatırladır ki, Üzeyir bəy Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub. Hacıbəyovgil ailədə üç qardaş, iki bacı olublar. O, ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alan Hacıbəyov burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib. O, Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs deyib. Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlayıb.

O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.

Üzeyir bəy Hacıbəyov 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Hacıbəyov operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazıb.

Bundan sonra 1909-1915-ci illərdə “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında qələmə alıb.

Ü.Hacıbəyov eyni zamanda Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və Arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada flarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyib. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynayıb, o, “Arşın mal alan” musiqili komediyasını məhz burada yaradıb.

Dahi bəstəkar həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və Azərbaycan yenidən müstəqilliyə qoşulduqdan sonra yenidən rəsmi status verilən Azərbaycan dövlət himninin müəllifidir.

Üzeyir bəy 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil edib. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivini yaradıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də gecə saat 2-də 63 yaşında Mərdəkanda öz evində vəfat edib.

Qeyd edək ki, bu tarix eyni zamanda ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, ölkəmizdə Milli Musiqi Günü kimi də qeyd olunur. Ölkəmiz Üzeyir bəyin adını daşıyan beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Festival çərçivəsində dünyanın hər bir yanından ən qabaqcıl və aparıcı orkestrlər tam heyəti ilə ölkəmizə gəlir, Üzeyir bəyin əsərlərini səsləndirir, həmçinin onun xatirəsinə ehtiramlarını bildirirlər.

Tarix
2017.09.18 / 10:56
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla