Yuxarı

Gevorkyan “oğurlamışam” deyir, bizsə... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masazır qəsəbəsi 3 saylı tam orta məktəbdə Bilik Günü Fikrət Əmirovun “Qarabağ inciləri” ifası səsləndirilib. Sosial şəbəkələrdə başlayıblar ki, guya bu mahnı erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyasıdır. Fikrət Əmirovun oğlu Cəmil Əmirov da mətbuata açıqlamasında bildirib ki, bu mahnı onun atasına aid deyil. Düz deyir.

Kult.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib. O, sözügedən bəstənin tarixi ilə bağlı maraqlı faktları açıb:

“Ermənilərin bizdən oğurladığı məşhur “Qarabağ inciləri” (əsl adı “Qarabağ Azərbaycanın incisidir”) adlı mahnısı... Ara Gevorkyan bu bəstənin ona aid olmasını iddia edir və 2001-ci ildə ilk dəfə orkestr müşayiəti ilə hazırladığını həyasızcasına qeyd edir. Hətta onlar lap irəli gedib: Rio-de Janeyroda Rusiya gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyan təsnifat mərhələsindəki çıxışını “Artsax” musiqisi altında yerinə yetirib.

Maraqlıdır ki, bu mahnının müəllifinin F.Əmirov olması Müəllif Hüquqları Agentliyində 1954-cü ildə qeydiyyata alınıb. Bu barədə rəsmi sənəd də var. Fikrət Əmirovun oğlu Cəmil Əmirov da deyir ki, bu, atama aid deyil. Bəziləri iddia edir ki, bu musiqi Azərbaycan musiqisinə intonasiya cəhətdən bənzəyir və əlavə edir ki, xalqlar yüz illərdir qonşudurlar, musiqinin bir-birinə oxşaması təbiidir. Belələrinə demək istəyirəm ki, imkan olsa, erməni bəstəkarlarının əsərlərinə baxsınlar. Azərbaycanda musiqi sənətinin banisi Üzeyir bəy Hacıbəyli belə ermənilərin tarixən Azərbaycan, türk və gürcü mahnılarını öz adlarına çıxdığını deyir.

Qeyd edim ki, məşhur musiqişünas A.Koroşşenko özünün “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı: “...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”,1896).

Yaxşı, bu musiqi kimə məxsusdur? Ara Gevorkyanın üzərinə bir çox tərəfdən təzyiq oldu və o özü etiraf etdi ki, bu musiqini Tofiq Quliyevdən götürüb. Lakin sonra bunu heç bir yerdə etiraf etmədi. Yaxşı, bu musiqi 1954-cü ildə niyə Fikrət Əmirovun adına qeydiyyata alındı? Bəziləri deyir ki, bəstə Emin Sabitoğluna aiddir. Bəziləri də Tofiq Quliyevə... Biz bu mübahisəni edən zaman isə artıq bu bəstə dünyanın ən nüfuzlu mükafatlarını alır - erməni musiqisi adı altında...”

Xatırladaq ki, Masazırda yerləşən 3 saylı məktəbdə səsləndirilən kompozisiyanın erməni bəstəkarı Ara Gevorqyana məxsus olması haqda iddialar yayılıb. Bəstənin kimə məxsus olması müxtəlif müzakirələrə yol açıb.

Tarix
2017.09.18 / 11:23
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla