Yuxarı

Sabitoğluna plagiat ittihamına Muraddan tutarlı cavab - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın görkəmli bəstəkarı Emin Sabitoğlunun “İstintaq davam edir” filminə yazdığı məşhur melodiya haqda plagiat iddiasına müğənni-bəstəkar Murad Arif münasibət bildirib.

Kult.az xəbər verir ki, o, Feysbuk səhifəsində Yutub şəbəkəsinə qoyulan musiqinin Emin Sabitoğluna aid olmadığını bildirərək, filmdə yer alan musiqinin orijinal variantını izləyiciləri ilə bölüşüb.

Həmin statusu sizə təqdim edirik:

“İlk növbədə, Emin müəllimi ləkələmədən öncə, məhz filmdən həmin o fraqmenti tapıb, peşəkarlarla məsləhətləşmək lazım idi. Məqalədə “Rare Bird”in məşhur “Simpathy” əsəri verilib. Lakin həmin hissə filmdən deyil. İkincisi, Emin Sabitoğlu heç yerdə o mahnını öz adına çıxartmayıb. Üçüncüsü, qanunların o səviyyədə güdülmədiyi “Azərfilm”də heç vaxt istifadə olunan əcnəbi müəlliflər titrlərdə yazılmayıb.

“Qayınana”da “Boney M-Sunny” səslənir, “Uşaqlığın son gecəsi”ndə “Beatles-Michele” səslənir. Ancaq mən "İstintaq davam edir" filmində, ümumiyyətlə, “Simpatiya" əsərini xatırlamıram. Oxşar abu-havada bir gözəl əsər var. Amma “oxşarlıq” və “plagiat” (Oğurluq) kəlmələri arasında məhkəməlik bir fərq var.

Belə olmaz, dostlar... Emin Sabitoğlu oyuncaq deyil!”

E.Sabitoğlunun qızının suallara dolğun cavab verməməsini də gündəmə gətirən M.Arif daha sonra məşhur bəstəkarımıza aid olan melodiyanı paylaşıb və bu melodiyanın “Rare Bird – Sympathy” əsərindən tam fərqli olduğunu qeyd edib:

“Tamamilə fərqli melodiyalardır! Aranjimanı çox oxşayır, hər iki əsərdə bas gitara ilə akkord verilib... “Paul Mariat – Sympathy” versiyasında isə skripkaların səsi, effekti eynidir. Amma melodiya, not ardıcıllığı fərqlidir. Emin Sabitoğlu kimi bəstəkarın ruhunu narahat etməyin! O bizim dəyərdir!”

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Emin Sabitoğlunun “İstintaq davam edir” filminə yazdığı məşhur melodiya haqda plagiat iddiası səsləndirilib. Tanınmış gənc yazar Ömər Xəyyam Kult.az-da dərc etdirdiyi məqaləsində həmin filmin melodiyasının əslində ingilis rok qrupu “Rare Bird”in 1970-ci ildə bəstələdiyi “Simpatiya” əsəri olduğunu bildirib

1) "Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəri:

2) Bəstəkar Pol Morianın simfonik orkestr üçün işlədiyi versiya:

3) Yutubda səhvən Emin Sabitoğluya aid olduğu göstərilən melodiya:

4) Emin Sabitoğlu – “İstintaq davam edir” filmi:

Tarix
2017.09.29 / 17:52
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla