Yuxarı

TV-lər Flora Kərimovaya niyə qadağa qoyub? - Açıqlama

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, korifey sənətkar Flora Kərimovanın son vaxtlar efirlərdə görünməməsi onu sevənlərin narahatığına səbəb olub. İddialara görə, F.Kərimovanın TV-lərə dəvət almamasına səbəb onun millət vəkili, xalq artisti Zeynəb Xanlarovanı tənqid etməsi ilə əlaqədardır. Bu tənqidlərə görə F.Kərimovaya efir qadağası qoyulub.

Kult.az-a açıqlama verən xalq artisti Flora Kərimova faktı təsdiqləyib. Sənətkarın sözlərinə görə, o, artıq iki ildir ki, efirə çıxmır:

“Mən artıq iki ildir efirlərdə yoxam. Nə danışım ki, indi? Bu qadağanı mənə millət vəkili Zeynəb Xanlarova qoyub. Mən millətim üçün, xalqım üçün oxuyuram. Azərbaycan mənim arxamda deyil, önümdədir. Mənim 77 yaşım var. İndi mənim efir üstündə kiminləsə mübahisə edən yaşım deyil”.

F.Kərimova bildirib ki, ailəsinə və övladlarına qarşı deyilən sözlərə susa bilməz:

“Mən ailəm, övladlarım haqqında deyilən sözləri qəbul edə, uda, bağışlaya bilmərəm. Mən illərlə nə təhqirlərə məruz qaldım. İnsana bu qədər dağ çəkmək olar? Bu qədər sözlər deyilir ünvanıma, necə cavab verməyim? Axı mənim övladlarım var. Mən olmayandan sonra onları necə qoyum bu sözlər, suallar qarşısında?”

Sevilən sənətkar efir qadağasına görə heç kəsdən incimədiyini bildirib:

“Mən buna görə heç bir kanaldan, televiziya rəhbərindən, saytlardan incimirəm. Hansısa kanal rəhbərinin dalınca danışmamışam, danışmaram. Çünki hər bir kanaldan mən çox hörmət görmüşəm. Amma indi heç bir efirdən dəvət almıram. Bundan öncə də dəfələrlə belə hallar olub. TV-lər qadağa qoyub, efirə dəvət etməyiblər. Sonra yenidən özləri bu qadağanı qaldırıb və dəvət ediblər məni. Bunun üçün mən özüm nə isə etməmişəm. Mən cavan vaxtlarımda da efir davası etməmişəm. Özləri çıxarıblar, sonra özləri dəvət ediblər. Mən nə deyə bilərəm ki?”

Tarix
2017.10.05 / 14:13
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla