Yuxarı

Sabitoğlunun “Şükriyyə”si də plagiatdır? - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq idim, birinci Allah aldatdı məni.

Atamı apardı.

Yalan danışmaq asan gəlməsin sizə. Cem Yılmaz demiş, kiminsə yalan danışdığını biliriksə, kiminsə yalanını tuturuqsa, o, yalançı deyil. Ciddi məsələdi.

Yaxşı yalan olanda bilərəkdən inanıram. Elə gözəl yalanlar olur, adamın heyfi gəlir. Məsələn, ta uşaqlıqdan üzüstə yatmaqdan xoşum gəlir. Elə rahatdı ki! Gəl, atam deyirdi, üzüstə yatmaq günahdı, arxanı Allaha çevirmək olmaz. İndi də üzüstə mürgüləyən kimi sözləri düşür yadıma, tezcə çevrilirəm. Sonra elə o xatirəyə baş qoyub yuxulayıram. Deyərsən, min ilin yorğunluğu var canımda, bütün hüceyrələrim yatır. O qədər şirin yalandı ki...

Yorğan havasıdı. Bir-iki şirin yalan deyim, mürgüləyin.

Xəlil Rza Ulutürk. Məşhur azadlıq nəğməsi ki var, hamının əzbərdən bildiyi, onun müəllifi.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...

Gəncədə tədbir təşkil olunub. Şair çıxıb yüzlərlə insanın qabağına. Alıb əlinə pafosu, başlayıb haman bu şeirə. Dedikcə coşub, getdikcə transa girib, vətən sevgisi güc gəlib, əlini atıb sinəsinə, cırıb köynəyini.

Zalda da qız-qadın, şairi dövrələyib çıxarıblar çölə. Zal ayaqüstə, təxminən yarım saat əl çalıb. Bakıdan gedən şairlər hamı işini bitirib; şairlər şeir deyib, müğənnilər oxuyub. Vədə çatıb, Bakıya qayıtmaq vaxtıdı. Xəlil Rza oturub qabaqda. Maşın yola düşər-düşməz, o biri şairə deyib ki, arxada köynək qoymuşam, onu ver.

Şair Bakıdan tədbirli gəlib. Əvvəldən qurduğu ssenarini məharətlə oynayıb.

Amma necə şirindi, deyilmi?

***

Məsələn, hamı bilir ki, himnin sözləri Əhməd Cavadındı. Mən də elə bilirdim. Gəl, bir araşdırma oxudum. Məlum olur ki, əslində himnin sözləri Əhməd Cavadın yox, o illər mətbuatda “Cəmo bəy” təxəllüsü ilə yazan Cəmo Cəbrayılbəyliyə aiddir.

Araşdırmada qeyd olunur ki, 1919-cu ildə "İran" mətbəəsində "Milli nəğmələr" adlı bir kitabça buraxılıb. Burada o dövrün həm türkiyəli, həm Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı təxminən 99 şeir toplanıb. Onlardan biri də indiki himnimizin mətnidir. Bu şeirin aşağı hissəsində indiki kimi Əhməd Cavad adı yox, Cəmo bəy imzası var.

Cəmo Cəbrayılbəylinin özü o dövrün çox tanınmış qələm sahibi idi. Ədəbiyyatla, tərcümə məsələlərilə, pedoqoji fəaliyyətlə məşğul olurdu. Hətta o dövrün mətbuatına nəzər salanda onun bir neçə pyesinin səhnəyə qoyulduğu haqda da məlumatlara rast gəlirik. Amma Cəmo bəy imzası ilə təkcə Cəbrayıllı yazmırdı. O vaxt Cəmo bəy Hacınski də vardı.

Bu “Cəmo”lardan biridi şeirin müəllifi. Hansıdı, bilmirəm, amma Əhməd Cavad deyil.

Asif Rüstəmli məqaləsində sual verib ki, 1919-cu ildə çap olunan mətnin sonunda Cəmo bəy yazılmasına baxmayaraq, bəs necə oldu ki, o Əhməd Cavada aid edildi? Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra bu himnin qəbul edilməsini təklif edən adamlar həyatdadır və onlar bu suala cavab verməlidir. O dövrdə bu mətni Milli Məclisə kim təqdim edib? Niyə Əhməd Cavadın adına bağlayıb? – amma bu suallar hələ də cavabsız qalıb.

***

Sonra oxudum ki, sən demə, ilk xalq yazıçımız 1930-cu ildə əslən erməni olan Aleksandr Şirvanzadə (Movsesyan) olub.

***

Yenə deyirəm, bunlar yalan deyil a. Elə bilərsiz, kimisə yalançılıqda, plagiatda ittiham edirəm, əsla. Bu dahilərin yalanları tutulubsa, demək, yalançı deyillər. Ya zəlzələdən, ya vəlvələdən, nəsə olub. Olub ki, belə olub.

Keçən dəfə Emin Sabitoğlunun bəstəsi üstündə az qala linç elədilər məni.

Halbuki mən demədim o, oğurluq edib. Dedim, musiqini təqdim edirəm, dinləyin, özünüz qərar verin. Nə dedim ki?

Dünən “Şükriyyə”yə qulaq asıram. O da Emin Sabitoğlunundu.

Birdəncə qulağım çaldı.

Bu musiqini harda eşitmişəm?

Olar. Bəlkə də problem məndədi. Aşağıda hər iki musiqi var. Dinləyin, özünüz qərar verin.

Şər atmıram, plagiatlıqda ittiham etmirəm, bu, adi dinləyici yozumudu.

Məncə, Emin Sabitoğlu “Şükriyyəni” götürüb, milli ab-havada təqdim edib.

İndi muradlardan biri deyəcək, belə hallar mümkündü, not fərqi var-filan. Sual edirəm:

- Bəs mən bəstələnmiş bir musiqinin gözünə bir az Ömər, bir az Xəyyam qatıb, ağlımca orasına zil qoşub, burasını bəm edib, adımla tirajlaya bilərəm?

1) Gülden Karaböcek

2) Emin Sabitoğlu

Qeyd: Redaksiya müəllifin iddiasını bölüşmür.

Tarix
2017.10.12 / 12:41
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla