Yuxarı

Bakılıları möhtəşəm konsert gözləyir

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək. Tədbirin təşkilatçısı “Full House Entertainment” və Hindistanın Azərbaycandakı Assosiasiyasıdır. Tədbir Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və bu ölkənin müstəqilliyinin 70 illiyinə həsr olunacaq.

Kult.az xəbər verir ki, oktyabrın 23-də Trend İnformasiya Agentliyində konsertlə bağlı mətbuat konfransı keçirilib. Tədbirin təşkilatçısı “Full House Entertainment”in direktoru Dia Soun Xe vurğulayıb ki, bu konsert iki ölkənin mədəni həyatında mühüm hadisə olacaq, onlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Diqqətə çatdırılıb ki, konsertdə Xalq Artisti Faiq Ağayev və digər tanınmış azərbaycanlı müğənnilər də çıxış edəcəklər. Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın hind motivlərindən ilhamlanaraq yaratdığı yeni kolleksiyanın dəfiləsi isə tədbirin kulminasiyası olacaq.

Tanınmış modelyer Fəxriyyə Xələfova bildirib ki, gecədə təqdim olunacaq geyimlər parlaq rənglərlə, bəzəklərlə, müxtəlif parçalarla Azərbaycan qadınının milli geyimlərinin özünəməxsus fəlsəfəsini əks etdirəcək. “Biz hamımız uşaq vaxtlarından hind filmlərinə baxmışıq və hind mədəniyyətini, adət və ənənələrini çox sevirik. Düşünürəm ki, bu möhtəşəm tədbir tamaşaçıların yaddaşında dərin iz qoyacaq”, - deyə F.Xələfova qeyd edib.

Sonra bayramın qonağı, Hindistan estradasının ulduzu Alişa Çinaya həsr edilən videoçarx nümayiş etdirilib. Onu “Hindistanın Madonnası”, “Hindistan pop-musiqisinin kraliçası” adlandırırlar. Müğənni konsertdə “Made in India”, “Zoobie Zooby”, “Mujhe Log Bole”, “Raja Hindustani” hitlərini, “Disko rəqqası”, “Oyna, oyna”, “Cənab Hindistan” filmlərindən mahnılar ifa edəcək.

Tarix
2017.10.23 / 20:39
Müəllif
Kult.azk
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla