Yuxarı

Dilçi alimə politoloqdan etiraz: “Embarqo” “qadağa” deyil

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terminologiya Komissiyasının bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşıram.

Kult.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənən bəzi alınma sözlərin Azərbaycan dilində müəyyənləşdirilən qarşılığı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib. O bildirib ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq isə lazım deyil:

“Məsələn, “embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi “qadağa” sözü isə “embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir. “Embarqo” hər hansı bir dövlətlə iqtisadi-ticari əlaqələrin tam, yaxud qismən kəsilməsi yolu ilə ona iqtisadi-siyasi təsir göstərilməsi anlamını verir. “Embarqo” beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı ən çox istifadə olunan siyasi təzyiq formasıdır”.

Analitik bildirib ki, teminlər iqtisadi, siyasi, sosial və digər anlayışları daha konkret, lakonik şəkildə ifadə etməyin mümkün olması üçün yaradılır:

“Yəni “embarqo” sözü “qadağa”dan fərqli olaraq heç bir əlavə şərh verilmədən daşıdığı məna yükünü ətraflı şəkildə ifadə edir. Kompüter mausunun (mouse) qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklifini də uğurlu hesab etmirəm. Çünki bütün əməliyyat sistemlərində “bələdçi” funksiyası var”.

Qeyd edək ki, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Komissiyanın sədr müavini Sayalı Sadıqova o sözlərin siyahısını açıqlayıb.

“Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc”, təsdiqlənib”, - deyə. S.Sadıqova bildirib.

Alim həmçinin “mause”nin “bələdçi” kimi işlənilməsini təklif edib.

Tarix
2017.10.26 / 14:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla