Yuxarı

Azərbaycan modeli Cenevrədə müzakirə edildi – Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən BMT ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib.

Axar.az xəbər verir ki, 7 noyabr tarixində təşkil olunan tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib. “Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Tədbirdə qeyd olunub ki, dini və etnik zəmində yaranan münaqişələrlə qarşılaşan müasir dünyanın getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm modelindən nümunə kimi isifadə olunmalıdır. Ta qədim zamanlardan bəri azərbaycanlılar təbiətcə tolerant olub və hazırda multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycan hökuməti digər təşkilatlarla yanaşı BMT-nin Mədəniyyətlərarası Alyansı (UNAOC), UNESCO və Avropa Şurasının dəstəklədiyi Bakı Beynəlxalq Humanitar forumları və Mədəniyyətlərarası Dialoq üzrə dünya forumlarınının təşkilatçısı olmuşdur.

Bakı, həmçinin Avropa Olimpiya Komitələrinin himayəsi altında keçirilmiş Bakı - 2015 Avropa Oyunları və İslamiada-2017 İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli tədbirlərə ev sahibliyi edib.

Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq münasibətlər departamentinin direktoru Nicat Məmmədli əvvəlcə Azərbaycanın multikulturalizm və dinlərarası dialoqunu əks etdirən qısametrajlı film nümayiş etdirib. Daha sonra o, Florensiyada yerləşən Avropa Universitetinin professoru Roy Olivierdən sitat gətirərək deyib: “Bu gün Azərbaycan hələ də qarışıq məscidlərin olduğu, şiə və sünnilərin birlikdə ibadət etdiyi yeganə ölkədir.

Azərbaycanda dini tolerantlığın tarixi bizim eranın beşinci əsrinə gedib çıxır. Həmin vaxt yəhudilərə sığınacaq verilmiş, Zərdüştlük dövründən sonra xristianlıq Qafqaz Albaniyasının dövlət dini olmuşdur. Burada müsəlman azərbaycanlılar və xristian gürcülər birgə dualar edir. Dövlət dəstəyi ilə yeni yəhudi sinaqoqu və katolik kilsəsi inşa edilib.

Azərbaycanda İslamın interpretasiyası sufizm üzərində qurulub ki, bu da sevgi, qardaşlıq və ümumi insanlıq ruhuna hörmət ehtiyacını vurğulayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə baxmayaraq, Bakıda yerləşən erməni kilsəsi hələ də yerindədir və Azərbaycan dövləti tərəfindən restavrasiya edilib”, - Nicat Məmmədli qeyd edib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter öz nitqində qeyd edib ki, dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə dair qlobal risklər kontekstində, unikal və uğurlu bir model kimi nəzərdən keçirilməlidir.

Təmsil etdiyi təşkilatın Avropa və Azərbaycanda dini tolerantlıq və multikulturalizmə dair həyata keçirdiyi layihələr haqqında məlumat verən L.Zetter 2016-cı ildə “Dördgünlük müharibə” zamanı azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinə səfəri barədə danışıb. O, qəsəbənin yenidən qurulması üçün görülən işlərdən, insanların dogma yurdlarına böyük həvəslə qayıdışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

O, daha sonra deyib: “Bu gün BMT-də bu mövzuda danışmaqdan şərəf duyuram. Amma unutmamalıyıq ki, BMT Təhlükəsizlik Şurası 24 il əvvəl erməni işğalını qınayan dörd qətnamə qəbul edib və bunlar hələ də yerinə yetirilməmişdir. Münaqişənin həll ediləcəyi təqdirdə, azərbaycanlılarla ermənilər yenidən yanaşı yaşaya bilərlər.”

Roma Sapienza Universitetinin tədqiqatçısı Dr. Daniel Pommier Vinçelli qeyd edib ki, Azərbaycan Demokratik Respublikasının (ADR) nümayəndələri beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması üçün yorulmadan çalışırdılar. O dövrdə Dağlıq Qarabağ Ermənistanın tərkibində deyildi.

Vinçellinin sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağın onun yurisdiksiyasına ”geri döndüyünü” bildirməyi yanlışdır. Bu vəziyyət 1960-cı illərin ortalarında Ermənistanda etnik milliyətçiliyin baş qaldırdığı zaman meydana çıxdı. Bu, 1980-ci illərin sonlarında, Sovet İttifaqının uçurumun kənarında dayandığı bilindikdə aydın oldu.

BMT-nin Parlamentlərarası İttifaqının (IPU) Parlament Nümayəndələri və Xarıcı Əlaqələr üzrə direktoru Anda Filip Bakıya səfəri zamanı zəngin tarixi keçmişə söykənən ənənə və müasirliyin vəhdət təşkil etməsindən təsirləndiyini bildirib. Diplomatın bildirdiyinə görə, Azərbaycanda müxtəlifliyə və bərabərliyə dərin hörmət vardır. Əhalinin bütün təbəqələri özlərini tam ifadə etmək hüququna malikdir və ayrıseçkilik aradan qaldırılıb.

BMT-nin İnsan Hüquqları və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru Idris Jazairi 2017-ci ildə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirib. Prezident qeyd edib ki, müxtəliflik təhlükədədir. Dünyada artmaqda olan ksenofobiya, diskriminasiya, irqçilik, islamofobiya və antisemitizm kimi meyllər çox təhlükəlidir. Dünya siyasətçiləri bunlara çox böyük diqqətlə yanaşmalıdırlar.

İdris Jazairi Azərbaycan Prezidentinin baxışlarına, 21-ci əsrdə ksenofobiya, fərqli fikir sahiblərinə qarşı dözümsüzlük və irqçilik üçün zəmin yaranmamalı kimi fikirlərə şərik çıxdığını dilə gətirib.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Müzakirələr zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq modelinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcək vasitə olduğu vurğulanıb.

Tarix
2017.11.08 / 17:26
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla