Yuxarı

“Oyna, oyna”nın qəhrəmanı Bakıda: Faiq Ağayevlə... – Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Süfrə” restoranında media nümayəndələri ilə Faiq Ağayev və Hindistandandan Azərbaycana təşrif buyuran, 90-cı illərin ən parlaq hind ulduzu hesab edilən Alişa Çinai (“Oyna- oyna” filmində yaratdığı obrazla Azərbaycan tapaşaçısına tanışdır – red.) ilə mətbuat konfransı keçirilib.

Kult.az xəbər verir ki, Faiq Ağayev uzun müddət bu layihənin üzərində çalışdıqlarını və məhz indi ərsəyə gəldiyini vurğulayıb. Alişa Çinaiyə də jurnalistlərin suallarını cavablandırıb. “Şöhrətli xanımın şəxsi həyatına populyarlıq necə təsir edir?” sualına aktrisa-müğənni bildirib ki, ümumiyyətlə, istənilən qadın öz həyatını paralel şəkildə həm yaradıcılıq, həm də ailə stereotiplərini qoruyaraq yaratmalıdır.

Ayişa xanım həmçinin Faiq Ağayevlə bir filmdə rol ala biləcəyini istisna etməyib və bu yöndən verilən sualları müsbət qarşılayıb.

Faiq Ağayev isə bildirib ki, o, İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib və Bollivudda çəkilmək onun üçün asan və maraqlı olacaq.

Qeyd edək ki, Ayişa Çinainin 59 yaşı var və ulduz indiyə kimi ailə qurmayıb.

Tədbirin əsas təşkilatçılarından olan Etibar Quliyev isə vurğulayıb ki, bu geniş layihə onların ilk addımlarıdır və gələcəkdə daha möhtəşəm tədbirlər gözlənilir.

Xatırladaq ki, sabahkı konsert tədbiri iki xalqın mədəniyyətini nümayiş etdirən festival qismində tamaşaçılara “Bollivud” adı altında təqdim olunacaq və Heydər Əliyev adına İdman Konsert Kompleksinin səhnəsini bu möhtəşəm gündə iki ulduz bölüşəcək; Azərbaycanın xalq artisti Faiq Ağayev və Hindistanın ən parlaq xanım ulduzlarından olan Alişa Çinai.

Tarix
2017.11.11 / 01:38
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla