Yuxarı

Gəncləri özbaşına qoyanda, belə olur - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc rokçu, aktyor Vüsal Rzasoyun ifası gündəmə çevrilib. Onun ləhcə ilə oxuduğu rok janrındakı mahnısına sənət adamları da biganə yanaşmayıb. Kimisi gənc rokçunu qınayıb, kimisi isə onun roka yeni bir nəfəs gətirdiyini bildirib.

Həmin ifa ilə bağlı Kult.az-a danışan xalq artisti Mübariz Tağıyev bildirib ki, gənclər nəzarətsiz qalanda, özləri nəsə yaratmaq istəyəndə nəticəsi belə olur:

“Cavandırlar, bunlar heç rokun nə olduğunu bilmirlər. Sadəcə olaraq mərifətsizlikdir. Bir deyən də yoxdur ki, bu düzgündür, ya düzgün deyil. Əslində mən onları qınamıram. Bizdə elə bir mərkəz olmalıdır ki, bu şəxsləri orada kimsə öyrətsin. Elə sahələr var ki, onlara fikir vermirik. Rok gənclərin sevdiyi bir istiqamətdirsə, diqqət ayrılmalıdır. Bütün ölkələrdə klublarda və yaxud hansısa mərkəzdə bu istiqaməti bilən insanlar var. Belə gənclərə istiqamət verirlər, düzəlişlər edirlər. Yəni bizdə belə şeylər yoxdur, bunlar öz başına nəsə düzəldirlər, axırı da belə olur”.

Müğənni Murad Arif isə gənc rokçuya dəstək olub:

“Rok sosial mesajdırsa, o qardaş əsl rokçudur! Lağ edirsiniz... Halbuki bütün cəmiyyətə yerində verilmiş sualdır... “Aye, hara gesssen, aye...?!” – düşünün... Onun ləhcəsi də yerində istifadə olunub, təsadüfən seçilməyib o ləhcə”.

Qeyd edək ki, Vüsal Rzasoyun sosial şəbəkələrdə yayılan “Aye, hara gesssen, aye...?!” adlı ifası gülüş hədəfinə çevrilib. O, mətbuata açıqlamasında ifası ilə sosial mesaj vermək istədiyini bildirib.

Tarix
2017.11.24 / 16:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla