Yuxarı

Cümhuriyyətin yeganə xalq artisti - Tarixi məktub

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

1934-cü ilə aid olan bir sənəddə Azərbaycanın Xalq Maarif komissarı Müseyib Abbasov böyük xanəndə Cabbar Qaryağdıoğluna "Cümhuriyyətin xalq artisti" deyə xitab edib.

Kult.az xəbər verir ki, bu barədə Moderator.az musiqişünas Firudin Şuşinksiyə istinadən informasiya yayıb. 1934-cü ildə Cümhuriyyət adını çəkmək adi vaxtlarda belə qəti qadağan idi. O ki qaldı rəsmi sənədlərdə. Lakin o zamankı komissar Müseyib Şahbazov bürokrat məmur yox, əsl ziyalı və nüfuzlu pedaqoq idi. O, 1935-36-cı illərdə bu vəzifədə çalışmışdı. Sonradan qısa fasilələrlə bir neçə məsul vəzifədə çalışsa da, 1937-ci ildə repressiyanın qurbanı olmuşdu. Görünür, təmiz pedaqoq simasını saxlamaq Müseyib Şahbazova bu aqibəti yaşadıb.

Xalq Maarif komissarı Müseyib Abbasovun Cabbar Qaryağdıoğluna ünvanlanan təbrik məktubunda deyilir:

“Cümhuriyyətin xalq artisti Cabbar Qaryağdı yoldaşa!

Musiqi incəsənəti cəbhəsində fəaliyyətinizin 60 illik yubileyi münasibəti ilə sizi təbrik edirəm. Vokal incəsənətinin ən yaxşı və ən köhnə nümayəndələrindən biri olaraq, siz öz həyatınızın 60 ili ərzində xalq mədəniyyətinin inkişafına, həmçinin gənc kadrlar yetişdirilməsinə böyük qüvvə və enerji sərf etmişsiniz. Ordenli Cümhuriyyətin hökuməti tərəfindən sizə “xalq artisti” adı verilməsi münasibəti ilə sizi təbrik edərək, uzun illər yaşamanızı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər qazanmanızı arzu edirəm”.

Tarix
2017.11.26 / 23:03
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla