Yuxarı

Damla artıq ölkəyə damır: kül başınıza...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərbərxanadayam.

Xəzər TV-də Damla oxuyur.

Evə gedirəm. Taksi keçir.

Damla oxuyur.

Evdəyəm. Anam Xəzər TV-də Zaurun verilişinə baxır.

Damla oxuyur.

Qulaqlığımı taxıb Yutuba girirəm. Budur: Damla və Pərviz Bülbülə. Baxış sayı o qədər çoxdu ki, “Tereza Mey Rusiya haqda” yazıram, Damla çıxır.

Bərbərxanadan evə, taksidən internetə damlayır.

Quqlda axtarış üzrə birinci siyahıdadı.

Az qala, ölkənin yarısına damıb.

Nə damır görən, hamı qaçır üstünə?

Damla – damcı-damcı göl oldu.

Zövq müzakirə olunmaz, seçim azad. Amma bu, zövq yox, zövqsüzlükdü.

Üzeyiri sevən qızlarla Damlanı sevən oğlanlar düz mütənasib.

O qızlarla bu oğlanlar evlilik yaşına çatıblar, artıq cütləşmə dövründədilər. Bədbəxtlik bu insanlar cütləşəndən sonra gələcək...

Tezliklə balalayacaqlar.

İşıqlı insanlar, faydalı başlar, aydınlar azalmaqda...

Bilginlər ölümə çatır, Üzeyir Damlayır.

Damcı-damcı damlalar, balaca-balaca talıblar gəlir...

Kimə necə rahatdı geyinsin, kimə nə xoşdu dinləsin, amma bu insani erroziyadı. Mənəvi infeksiyadı. Damlanı dinləyən, Talıb Taleyə kövrələn insanlar ölkəyə, millətə faydalı olmayacaq.

Cahillikdi, nadanlıqdı, biabırçılıqdı.

Başa düşürəm, deyəcəksiz ki, adam kimə istəsə qulaq asa, ieçdiyi adamın da fanatı ola bilər – sənə nə? Amma düşünmürsüz ki, bunu mən də bilirəm.

Deyirəm ki, bu damlalar terrorun musiqi növü ilə məşğuldu.

Bəli. Gənclərin beyinləri yanır, faydalılıq əmsalı sıfıra enir.

Təfəkkürü ya söz kimi, ya da sənət halında maddiləşir.

Bu adamlar nə ilə məşğuldu, bilmirəm, daha çox özünüreklam demək olar, amma hər nədisə, sənət deyil.

Bizə qalır sözlərə baxmaq. Danışdırsan, ümumi söz bazası 300-ü keçməz. O da şablon, ölü sözlər. Daha çox təfəkkürün vərdiş halı. Ki, zəka mexanizmi əlil, vərdiş halında, köçürmə yolu ilə düşünər.

Oxuduğu - musiqi deməyə də dilim dönmür, hər nədisə, - sözlərə fikir verin: “Ayrılıq”, “sən getdin”, “darıxıram”, “gəl”, “aldatdın”, “insafsız” və sair... bu qəlibdən düşükləmə və bayağılıq.

Kövrələnlər kimdi? Ən böyük dərdi sevgilisinin getməyi, tərk etməyi, başqasıyla sevişməyi olanlar.

İndi qulaq asın. Dekatra deyir ki, təfəkkür qarşı tərəflə dil – söz vasitəsi ilə uzlaşır. Diqqətli olaq: bədən dili ayrıdı. Söhbət eyni dildə danışan adamların dil-söz enerjisindən gedir. Musiqi və şeir yolu ilə qarşı tərəfin təfəkkürün oxşamaq, qucaqlamaq və sahiblənmək olar.

Daha sonra təfəkkür bütünləşir və köçürmə yolu ilə - Damlada olduğu kimi – sahibindəki kimi formalaşır. Növbəti düşüncə mərhələsi ondan sənə köçürüləndir.

Danışıq dili 150-200 kəlmə/dəqiqə, oxuma dili isə 200-250 kəlmə/dəqiqə ikən, düşünmə dili 1300/1800 kəlmə/dəqiqə səviyyəsindədi.

Belə olan halda kifayət qədər söz, anlam, qavrama sahib olmayan beyin bu sürətli dünya ilə ayaqlaşa bilməz.

200 kəlmə ilə düşünən 2000 kəlmə ilə düşünəni anlaya bilməz. İbrahim Nəbioğlu demiş, ‘’Dilin qədər varsan’’ ( Ayna.az)

Dilimiz qədər varıq…

Sosial sifariş bilirsiz nədi? – Hardan biləsiz.

ELON MASKI tanıyan adam, sənaye inqilabının yeni mərhələsindən xəbərdar olan biri Damlaya kövrələrmi? Talıb Taleni dinləyərmi?

Bostonda hazırlanan "yeni sevgi" layihəsi, birbaşa cütlərin xoşbəxtlik faizini "ölçür".

Bilirsiz necə? - sidiklə. Qızla oğlanın sidik analizi ilə.

Üç damla sidik.

Romantikaya, şeirə, Damlaya ehtiyac yoxdu.

Layihədə iştirak etməklə evlənəcəyin, birgə yaşayacağın cinsin bütün xarakteristikası, psixikası, stixiyası haqqında dəqiq, qərəzsiz məlumat, həyat prosesində yaranan maddi-mənəvi situasiyalar zamanı reaksiyası, münasibətlərin gedişatına münasibəti barədə informasiya almaq olar.

Xüsusi "çip" hazırlayırlar. Bu layihə sıradan çıxan daxili orqanlar haqqında əvvəlcədən xəbər verir, orqanların daha nə qədər davam gətirəcəyi barədə məlumatı yaddaşına köçürür. "Çip"i udursan və bütün daxili orqanların haqqında məlumatı ötürür kompüterə. Bu layihənin məqsədi ötürülən məlumatlar əsasında sıradan çıxan, ya da gələcəkdə ömrünü başa vuracaq orqanların bərpası, əvəzlənməsidi.

Nəticədə insan ömrü artırılacaq, ölümün yaş həddi uzadılacaq...

Maskın Marsda həyat layihəsi gerçəkləşir.

Gələn həftə dünyada ilk dəfə ölü bədənə baş nəql edəcək italiyalı cərrah.

Və sair.

Bu təkcə son ayların yenilikləridi!

Kül başımıza...

Tarix
2017.12.22 / 15:46
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla